20.04.2024

Cənubi Azərbaycanda Azadlıq hərəkatını boğan üç qatildən biri

«…İranlılara kömək edin» .
İ.V. Stalin

TEHRANDA «STALİN XİYABANI»

1943- cü il noyabr ayında İ.V. Stalin Tehranda «Tehran-43» konfransında olduğu zaman gənc İran şahı Məhəmməd Rza Pəhləvi Stalinlə görüşmək istəyir. Şah sarayının siyasətçiləri Stalinin adamlarıyla bu haqda danışıqlar apardıqdan sonra
1 dekabr 1943-cü ildə Stalinlə Pəhləvinin görüşü baş tutur .
Görüş təklifinin rədd ediləcəyini düşünən şah Stalinin onunla görüşə razı olmasından sevinərək duyğulanır.

İ. V. Stalinin zala daxil olduğunu görəndə, Məhəmməd Rza Pəhləvi diz çökür, onun əlini öpmək istəyir. Amma Stalin buna icazə vermir.

O zaman SSRİ Baş Kəşfiyyat İdarəsinin Tehrandakı rezidenti olmuş polkovnik B. Q. Razin 02. 12. 1943-cü ildə Mərkəzə göndərdiyi şifroqramda İ. V. Stalinin İran monarxına şəxsi qırıcı təyyarə hədiyyə etdiyini (Məhəmməd Rza Pəhləvi 1- ci dərəcəli hərbi pilot idi), İran qoşunlarına 20 hərbi təyyarə, 20 tank bağışladığını, Məşhəd şəhərində hərbi aviasiya, Tehranda isə tank məktəbinin yaradılması barədə göstəriş verdiyini bildirir.

Sonda Şifroqram Stalinin çoxmənalı sözləri ilə bitir: «Внимательно смотрите за обстановкой и помогайте иранцам…» («Şəraitə diqqətlə göz olun və iranlılara kömək edin»).

Həmin dövrdə SSRİ Uzaq Aviasiya Uçuşları komandanı olmuş
A. Y. Qolovanov qeyd edir ki: «Stalinin bu jesti iranlıların rəğbətini qazanmışdı və tehranlılar uzun zaman şah sarayına gedən küçəni «Stalin xiyabanı» adlandırmışlar.

Qafqaz Qabil
#GizliFAYL

Foto : Soldan İ. V. Stalin, M. R. Pəhləvi və V. M. Molotov
01. 12. 1943-cü il. Tehran.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: