19.04.2024

TƏBRİK: QULİYEV ELVİN NƏRİMAN OĞLU — 52

İnsan üçün ən yadda qalan günlərdən biri onun doğum günüdür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə bir insanlardan biri də yüksək peşəkarlıq və hümanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün  ən məhsuldar dövrünün  28 ildən çox şərəfli xidməti yolunu   Daxılı  İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirmiş ehtiyyatda olan polkovnik leytenant — Quliyev Elvin Nəriman oğludur. Yanvar ayının 13 -də onun 52 yaşı tamam olur.

     Daimi həyatın bütün sınaqlarından alınıaçıq, üzüağ çıxan polkovnik- leytenant Quliyev Elvin Nəriman oğlunu belə əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir,  səbəbkara  həyatda insan üçün ən şirin  nemət olan möhkəm can sağlığı, ailə səadəti ,həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır

    Arzu edirik ki, Elvinin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin. Amin!

      Silahlı Qüvvələr və müharibə veteranı ehtiyyatda olan polkovnik-leytenant   Quluyev Elvin Nəriman oğlu 13 yanvar 1970-ci ildə Bakı şəhərində anadan olub.

      1977-ci ildə orta məktəbi, 1993- ci ildə Vladikafqaz şəhərində  yerləşən Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi   Komandanlıq məktəbini bitrib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Vətənmizdə və xarici ölkələrdə  müvafiq ixtisas artırma kurslarında, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda, xüsusi — taktiki təlimlərdə,seminar və konfranslarda fəal iştirak edib.

O, 1988-1989-cu illərdə  SSRİ   Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Lipesk şəhərində yerləşən  hərbi hissədə müdddətli həqiqi hərbi xidmətdə olmuşdur.

     1993- 2016-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Sumqayıt və Lənkəran  şəhərlərində, Binəqədi, Xəzər, Nərimanov və Zaqatala rayonlarında yerləşən hərbi hissələrdə və Ali hərbi məktəbdə taqım komandiri, böluk komandiri,  xidmət rəisi, döyüş hazırlığı bölməsının rəisi, tabor komandiri, hərbi hissə komandirinin müavini-  qərargah rəisi, Ali hərbi məktəbin qərarğah rəisi, Ali hərbi məktəbdə Kafedra rəisi vəzifələrində  Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

O, gənc vaxtlarından gözəl ailə və məktəb tərbiyəsi ilə fərilənmiş, əxlaqı tərbiyəsi ilə daima ətrafında olan həmyaşıdlarına nümunə olmuşdur.

    Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində özünü nizam-intizamlı hərbiçi kimi göstərən Elvin Quliyev təhsil aldıgı təhsil müəssisələrində, eləcə də xidmət etdiyi hərbi hissələrdə və ali hərbi məktəbdə kollektiv arasında müsbət tərəfdən seçilmişdir.

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

      Elvin Quliyev Daxili Qoşunların Bas İdarəsində, hərbi hissələrində və ali hərbi məktəbində döyüş hazırlığı bölməsının rəisi, hərbi hissə komandirinin birinci  müavinini-qərargah rəisi, ali hərbi məktəbin qərarğah rəisi vəzifələrində xidmət etdiyi illər ərzində taborda və əlahiddə bölmələrdə keçiirlən yekun (nəzarət) yoxlama, eləcə də kompleks və məqsədli qurupların rəhbəri  (hərbi hissədə idman komitəsinin sədri, təhfil-təslim, mandant, attestasiya komissiyalarının üzvü və sədri) olduğu müddətdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-doyüs  keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla Xidmətlərə Görə» döş, yubiley və müvafiq idman  dərəcələri  nişanları ilə təltif olunub, pul mükafatları ilə,  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı «, «Qüsursuz Xidmətlərə Görə » 1-ci , 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi , 90-illiyi  və 95-iliyi yubiley  medallarl ilə təltif olunub.

     Azərbaycan Respublikasının Prezidentının müvafiq sərəncamı ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunların yaradılmasının  21-cü  il dönümü ilə əlaqədar, öz xidməti vəzifələrini yerinə yetirərkən göstərdiyi igidliyə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə «HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ» medal ilə təltif edilib

DOĞUM GÜNÜZ MÜBRƏK OLSUN, ELVİN BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: