Sərhəd qoşunlarını və komandanı kimlər hədəfə alıb?

Keşikçidağ yüksəkliyi və məbədi ətrafında baş vermiş gürcü təxribatı haqqında müzakirələr səngimək bilmir. Xüsusən də gürcü millətindən olan mülki şəxslərin keşikdə dayanan əsgərlərin əlindən silahılarını alması müzakirələri daha da qızışdırdı. Bu gün haqqı olan və olmayan, başı çıxan və çıxmayan bəzi adamların Sərhəd Qoşunlarını hədəfə gətirməsinin arxasında kimlərin və hansı düşmən maraqlarının dayanması ortadadır. Xüsusən də bu cür təxribatlara sərhədçilərin vətənpərvər bayraq aksiyasından sonra start verilməsi heç də təsadüfən olmadığını gördüyümüzə görə araşdırmalara başladıq. Öncə bildirək ki, nə tarixi, nə inzibati, nə hərbi, nə də coğrafi aspektdə bu absurd gürcü iddiasının heç bir əsası yoxdur.

Xatırladaq ki, iddialara start verənlərdən olan üzdəniraq Mixeil Saakaşvilinin dönəmində Gürcüstanın Müdafiə naziri postunda çalışmış və qovulmuş İrakli Okruaşvili şəxsi facebook profilində dəfələrlə Gürcüstan azərbaycanlılarını təhqir etmişdi. Digər gürcü deputat Şalva Natelaşvili üzünü sərhədçilərimizə tutaraq azərbaycanlıarı təhqir etməklə eyni bir mərkəzdən idarə olunduqlarını ortaya qoyaraq deşifrə etmişdi. Hər iki deputat erməni əsilli və ermənipərəstdirlər, erməni sifarişlərini yerinə yetirirlər. ABŞ-da «Cavaxetiyaya azadlıq!» adlı marafon keçirən ermənilərə susqun qalan bu cinsi və milliyyəti pozğunlar Azərbaycanı təsadüfən hədəf seçməyiblər. Sadəcə gürcü soyadı ilə pərdələnmişlər. Açıqlamaların ardınca millət vəkilləri, ictimai aktivistlər, din xadimləri bölgəyə axın etdilər. Televiziyalar oradan canlı yayımlara başladılar. Deməli bu xanım prezident kimlərinsə sifarişinə uyğun bu oyuna girişib və Gürcüstan üçün yaxşı heç nə vəd etməyən bu oyundan zamanında geri dönməlidir. Məlum ərtazilərin nə əsrin əvvəllərində, nə Sovet dönəmində Gürcüstana heç bir aidiyyatı olmamışdır və Alban məbədinə sahiblənərək gülüş doğuran iddiaya qalsa, o zaman Tiflisdəki bizə məxsus olan (hələ şəhərin Alp Ər Tunqa tərəfindən salınmasını bir kənara qoyuruq) ərazilərlə birgə bizlərə verilməlidir. Nadir şah tərəfindən 1744-cü ildə inzibati islahat kimi Gürcü knyazlığına birləşdirilən Borçalı dərhal geri qaytarılmalıdır.

Yaxud tarixi aspektdə də aclıq çəkən Gürcüstan tərəfi üçün əsrin əvvəllərində də Azərbaycanın Muğan düzündə yetişdirilən taxıl mühüm faktor idi.

Qida təminatı ilə (xüsusilə də balıq, düyü və taxıl İran vasitəsiylə daşınması) Xəzər marşurutu əsas rol oynayırdı. Buraya gedən yeganə yol isə Azərbaycandan keçirdi. Ermənistandan keçən Tbilisi-Culfa-Mərənd dəmiryolu fəaliyyət göstərmirdi. Azərbaycan, Gürcüstan-İran ticarəti üçün tək nəqliyyat dəhlizi idi.

SƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?

Tbilisinin Bakı ilə səmimi münasibətində ən mühüm rolu Gürcüstan əhalisinin yaşayış tələbatı oynayırdı.1918-ci ildə ərazi mübahisələri Gürcüstan və Ermənistan arasında kiçik miqyaslı müharibəyə səbəb olmuşdu. Oxşar ərazi mübahisəsi Azərbaycan və Ermənistan arasında da silahlı qarşıdurma yaratmışdı.

Azərbaycan və Gürcüstan arasında ərazi mübahisələri heç bir döyüşə yol açmamışdı. Əksinə, hər iki tərəf bir-birini strateji müttəfiq kimi görürdü. Çünki hər iki tərəf münaqişə yox, məhz əməkdaşlıq yolu ilə çox şey əldə edə biləcəyini anlayırdı. Əsrin sonunda da strateji əlaqələr eynidir. Boru kəməri, nəqliyyat-daşımaçılıq Gürcüstan üzərindən həyata keçirilir. Gürcüstanın enerji ehtiyaclarını Azərbaycan təmin edir və s.

Biz gürcülərə də çox torpaqlarımızı pay vermişik. Xain kommunistlərin dövründə Azərbaycan Cümhuriyyətinin 1920-ci il işğalından sonra Gürcüstana verilən torpaqların siyahısına diqqət yetirin:

1. Cüyür meşəliyi — 5000 ha (Zaqatala quberniyası) — 1924-cü il
2. Şirək çölü -18000 ha (Zaqatala quberniyası) — 1924 — cü il
3. Eldar düzü -16387 ha (Samux mahalı) — 1929 — cu il
4. Vaşlovan və Buğa — 8376 ha (Gəncə) — 1926 — cı il
5. İorri — 8577 ha (Samux mahalı) — 1926 -cı il
6. Çatma çölü — (Qazax qəzası) — 12890,85 ha — 1926-cı il 
7. Aramdərə və Bodbi pay torpaqları (Qazax qəzası) — 1927 
8. Keşikçidağ rayonu (Qazax qəzası) — 2884,2 ha — 1929-cu il (AVMVİB sədri F. Rzaquliyevin açıqlamasından).

Coğrafi baxımdan ərazidə yaşayan əhali azərbaycanlılardır və əlavə izahata heç bir ehtiyac qalmır.

hərbi strateji baxımdan Keşikçidağ sadəcə sıradan bir tarix, məbəd kompleksi deyil, həm də strateji əhəmiyyətə malik yüksəklikdir. Oraya sahib olan tərəf, ətraf əraziləri nəzarətdə saxlaya bilər. Yəniı məbəd kompleksinə «sevgi»nin arxasında Azərbaycanın iç ərazilərində strateji üstünlük əldə etməkdən ibarətdir. Gürcülərin, bir çox ərazilərimizə — Qaxa, Balakənə olan iddialarından xəbərdarıq.

SƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?

Bu aspektlərin fonunda bir xətt aydın görünməkdədir. Hələ qərar elan olunan kimi Qərb sərhədlərimizin sərhədçilər tərəfindən mühafizəsi planı başlanar başlanmaz erməni informasiya vasitələri tez-tez Sərhəd Qoşunlarımızdan yazmağa başladılar və yazılarda «элитная подразделения пограничников Aзербайджана» deyimi dönə-dönə təkrarlanması sübut edirdi ki, düşmən bu qruplaşmadan ehtiyyat edir. İkincisi, düşmənin illərcə qurduğu və bəzən içəriyə sızdırdığı bütün kəşfiyyat planları puç oldu. Üçüncüsü və ən başlıcası Azərbaycan Qərb sərhədlərinin bərpasına start verdi.

Həqiqətən də Azərbaycan Sərhəd Qoşunları elit və döyüşkən hərbi hissələrdən ibarətdir. Düşmən bunu deməkdə haqlıdır və bu hərbi hissələrin qurulmasında da Ordu quruculuğunda böyük əməyi olan Ali Baş Komandan cənab İlham Əliyevin və General polkovnik Elçin Quliyevin müstəsna xidmətləri var. Bunu danmaq olmaz. Bu gün içimizdə daim düşmənin təbliğat ruporuna çevrilmiş saytlar və bəzi antimilli mövqeli insanlar eyni bir hədəfə vurmaqdadırlar. Sərhəd Qoşunları və sərhədçilərin vətənpərvərlik aksiyası olan «Bayraq aksiyası»nı hədəfə alanların milli kimliyinə şübhə edirik. Onlar düşmən dəyirmanına su tökdükləri gün kimi aydındır.

Belələrindən birinin adını çəkmək kifayət edər. Azərbaycanda bütün hoqqaların episentrində rol alan Rəhim Qazıyev kanal 13-də açıqlamalar verib: “Elçin Quliyev şortik geyinib, 5 kilometrlik bayrağı sərhəddə asıb şou göstərir. O yaxşı komandan olsaydı və özündə zərrə qədər məsuliyyət hiss etsəydi, sərhədlərimizin toxunulmazlığını qoruya bilmədiyinə görə özünü asmalı idi.

Ən azı vicdanı var idisə, Keşikçi dağ hadisəsindən sonra həmin dəqiqə istefa verməli idi. Mən orada dayanan əsgərlərimizdə heç bir günah görmürəm. Bəlkə də o sərhəddə dayanan əsgərlərimizin avtomatlarında heç bir güllə olmayıb və onlara “atma” əmri verilib. Belə etmək olmaz. Bu hadisə Azərbaycan dövlətinə və xalqına qarşı olan təhqirdir”.

SƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?

Bu sözləri torpaqlarımızın 20%-nin işğalına bais olmuş Rəhim Qazıyev deyir. Nədənsə erməni tərəfə əlavə güc lazım olan kimi, ya Surət, ya da Rəhim danışır? Sizcə bu təsadüfdürmü? Hətta Köçəryan da dara düşəndə bunların adlarını çəkir. R. Qazıyevin “Elçin Quliyev şortik geyinib, 5 kilometrlik bayrağı sərhəddə asıb şou göstərir» kimi iyrənc açıüqlamasından da aydın görünür ki bu adam, hələ də milli qürur oyadan hər şeyi qaralamaq xislətindən əl çəkməyib. Müharibə veteranları bayraq aksiyasına irad tutanların mili təəssübdən xədim olduqlarını bildirmişdi. R. Qazıyev isə məlumdur ki, hərbçi olmadığına görə, hərbi forma ilə şortiki hələ də seçə bilmir…

Sərhəd Qoşunları öz xüsusiyyətləri olan bir hərbi birləşmədir. Sərhədçinin barmağı hər an tətikdədir. DSX rəisi general Elçin Quliyevin rəhbərliyi altında, sərhədçilərimiz tərəfindən Zaqatala-Balakən zonasında Hacı Maqamedovun separatçı dəstəsi zərərsizləşdirəndə bu adamlar susurdular. Qusarda fərqli terror qrupları, cənub sərhədlərimizdən keçməyə cəhd edən radikallar zərərsizləşdirilərkən də susdular. Xəzər dənizində Türkmənistana məxsus hərbi gəmilərin neft-qaz yataqlarında lövbərlənməsinə müdaxilə ediləndə də susdular. Gürcüstanın dəfələrlə sərhədin müxtəlif ərazilərində təxribatlarının qarşısı alınanda da, ermənilərin atəş nöqtələri susdurulanda da səsləri çıxmadı…

SƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?

Keşikçidağ məsələsi də yoluna qoyulacağına əminik. Hər halda ölkə prezidenti İlham Əliyev hakimiyyətdə olduğu dövrdə düşməndən yalnız ərazi azad edib və bir qarış da torpağın işğalına yol verməyib. Ona görə də ilkin olaraq Ali Baş Komandan cənab İlham Əliyevin əmriylə və general polkovnik Elçin Quliyevin rəhbərliyi ilə aparılmış işlər sayəsində Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia yerli İctimai televiziyaya müsahibəsində bildirib: “Gürcüstan tərəfi bu cür təxribatları qınayır. Bu cür halların təkrarlanmasına yol verilməyəcək”.

Hələlik bu qədər, düşünürük ki, yetrərlidir. Bir də peyğəmbərimizin bir kəlamını xatırladırıq ki, bir gün Vətənin sərhəddində durmaq 40 il ibadətə bərabərdir.
Bəs bu məqamda duranlara böhtan atmağın cəzası nədir?

Veteran.az və Fedai.az Araşdırmalar Qrupu,
AVMVİB Mətbuat Xidməti

SƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share