08.09.2024

Erməni polkovniki boğaraq öldürən Xüsusi Təyinatlı zabitimiz

Vətən müharibəsi qəhrəmanlarımızdan biri də Fərrux Həşimovdur.

Alp.az xəbər verir ki, Fərrux Mirzəmməd oğlu Həşimov 1988-ci il martın 24-də Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub.

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin “Sualtı Hücum” (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı olan Fərrux Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fərrux döyüşlərin birində əsgərləri ilə birlikdə erməni postuna girir. Bu zaman peşəkar döyüşçü erməni zabitlə üz-üzə gəlir. Tərəddüd etmədən əlləri ilə erməni zabiti boğaraq öldürür.

Fərrux Həşimov noyabrın 1-də Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Şəhidimiz vətənə xidmət fəaliyyəti dövründə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.
Bundan başqa, o, Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: