Təbrik: Vahid Abdurəhmanov — 51
Müharibəsi Veteranları İctimai Birliyi sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanovun 51 yaşı tamam olur.
Vahid Abdurəhmanovun cəbhə sonrası həyatı əsasən AVMVİB — nin fəaliyyətiylə bağlı olub. İstər fərdi, istərsə də təşkilat daxili problemlərin həllində daim öndə olub.
Təşkilatın mətbu orqanlarının yaranmasında maddi və mənəvi dəstək olmaqla yanaşı Vahid Abdurəhmanov ən fəal oxucumuzdur. Saytın materiallarını ilk oxuyan oxucumuz da, məhz Hacı Vahiddir.
Ad günün mübarək, Hacı Vahid!
Bütün gözəlliklər sənin olsun! Tezliklə Qarabağın azad edilmiş ərazilərində və rayonlarında təşkilatlanma işlərinə başlamağınızı arzu edirik.
100 yaşa, Vahid bəy!
***
Bu gün AVMVİB sədri Füzuli Rzaquliyev təşkilat rəhbərliyi adından V. Abdurəhmanovu təbrik edərək uzun ömür, cansağlığı və gözəl günlər arzuladı.