08.09.2024

Vətən Müharibəsi iştirakçısına vəzifə verildi — FOTO

Cəbrayıl rayon İcra hakimiyyətinə yeni təyinat olub.

Unikal.org-un məlumatına görə, Vətən Müharibəsinin iştirakçısı Məhərrəmov Niyaməddin Nurəddin oğlu Cəbrayıl RİH-də yeni yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, ehtiyatda olan leytenant N. Məhərrəmov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: