Daha bir əsgərimiz minaya düşüb şəhid oldu
Azərbaycan Ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşərək yaralanan əsgəri və bu gün şəhidlik zirvəsinə ucalmış Bayramov İlkin Bayram oğlu dəfn edilib.
Mərhum doğulduğu Ağstafa rayonunun Pirli kəndində torpağa tapşırılıb.
Dəfndə rayon ictimaiyyətinin nümayəndələri, müxtəlif dövlət qurumlarının vəzifəli şəxsləri, hərbçi yoldaşları, yaxınları və rayon sakinləri iştirak ediblər.(Report)