22.11.2024

Yeni ORDU QURULACAQ — Bayraqdardan ŞOK AÇIQLAMA

Zəfər süngünün ucundadır. Müharibə tarixinə baxdıqda, bu, çox vacib məsələdir. Pilotsuz sistemlər sizin müharibə sahəsindən nə qədər geridə ola bilməyinizi və bu texnologiyanın nə qədər ağıllı olub sizi geridə tuta bilməyinizi hədəfləyir. Konvensional raketlərdə də bir düyməyə basırsan, minlərlə kilometr məsafəyə gedə bilir. Bu mənada müharibə fəlsəfəsi dəyişir. İndi daha çox zehni fakültə yönümlü təşkilatlara ehtiyac var.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.

O, kompüter texnologiyasını başa düşənlərin bu vasitələri daha yaxşı idarə etdiyini deyib:

“Bir vaxtlar qılıncdan istifadə etmək, nişan almaq, fiziki güc kimi məharətlər vacib idisə, burda da kompüter texnologiyasına yaxşı adaptasiya olmaq, insansız sistemləri daha yaxşı anlaya bilmək vacibdir.

Necə ki, Qarabağ müharibəsi fərqli elektron müharibə şərtlərinə məruz qaldı. Burada da proqram təminatının bu şərtlərə sürətli yenilənə bilməsi önəm qazanır.

Dünyada quru, hava və dəniz qüvvələri kimi qoşunlar qurulduğu kimi, insansız sistemlər üçün də ordunun qurulacağını təxmin edirəm».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: