22.11.2024

Azərbaycan nefti bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 2,7 ABŞ dolları, yaxud 4,4% bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,01 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, «Azeri LT CIF» neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: