Şəhid Xudayarın anası: «Oğlumun əvəzinə canımı verərdim, amma Vətəni vermək olmaz»
BBC YAZIR:
Video açılmırsa YouTube-dan izləyin.
Oğlu Xudayarı müharibədə itirən Raya xanım aylardı ki, hər gün onun qəbri üstünə gəlir. Bəzən gündə bir neçə dəfə…
Ötən payız Ermənistan-Azərbaycan arasında 44 gün davam etmiş müharibədə həlak olan hərbçilərdən biri Xudayar Yusifzadədən anasına oxuduğu və indi dillər əzbəri olan «Vətən yaxşıdır» mahnısı, bir də şəxsi əşyaları yadiğar qalıb.
Ailəsi Xudayarın şəxsi əşyalarından, ölümündən sonra məzarı üzərinə yazılıb qoyulmuş kağızlardan, çiçəklərdən muzey qurub.
Onun yaşadığı ev bir neçə il əvvəldən yandığından Xudayarın da şəxsi əşyalarının demək olar ki, əksəriyyəti yanmışdı. O yanğından xilas ola bilən əşyalar, döyüş geyimi, sursatı isə indi anaya oğlunun əziz xatirəsini andırır.