23 erməni zabiti məhv edən “Yaşma” kəşfiyyatçısı
23 yüksək rütbəli erməni zabitini təkbaşına məhv edən, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, “Yaşma” taborun qərargah rəisi müavini, kəşfiyyatçı, şəhid kapitan Elçin İsmayılov.
Kult.az xəbər verir ki, jurnalist Elçin Aloğlu İsmayılovlar ailəsindən 3 qardaşın savaşa atıldığını yazıb.
2016-ci ildə Aprel döyüşlərində də vuruşan E.İsmayılov Vətən müharibəsində Cəbrayıl rayonunun, Murovdağ zirvəsinin azad edilməsində iştirak edib.
Erməni polkovnikinin başını kəsərək, qulağına «Sənə Poladın qanını gətirdim» deyib.
Onlarla erməni hərbçisini məhv edib. 7 oktyabr 2020-ci ildə Füzuli cəbhəsində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Kapitan Elçin Mübariz oğlu İsmayılov ölümündən sonra “Vətən ugrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə» medalları ilə təltif edilib.
“Şəhid olsam ağlamayın, əksinə, sevinin ki, o zirvəyə ucaldım», — deyərək evdən çıxmışdı.
Dediyi kimi də sevdiyi torpaq uğrunda şəhid oldu…