22.11.2024

Savaş Sindromu: Çoxlarının bilmədiyi şeylər…

Amerikalı hərbi jurnalist, bir çox mükafatlar laureatı Kevin Saytsın 2013-cü ildə Alpina Non-Fiction tərəfindən tərcümə və nəşr olunan bir kitabı belə adlanırdı: «Savaş Sindromu: Əsgərlərin bilmədiyi şeylər». Silahlı qarşıdurmaların fəal iştirakçılarının taleyindən bəhs edən bir sıra sənədli hekayələr burada toplanıb, müəllif hərbçilərin dinc həyatda öhdəsindən gəlməli olduqları post-travmatik sindrom probleminə xüsusi diqqət yetirib.

Döyüş meydanlarının araşdırmaları qəhrəmanlarından biri də Saytsın özüdür və uzun illər boyu qaynar nöqtələrdə xəbərlər hazırlarkən sarsılan daxili psixoloji tarazılığının pozulması uğrunda apardığı ağır mübarizədir.

Saytsın sənədli tədqiqatları ABŞ-ın Vyetnam, İraq, Əfqanıstan ərazisinə hərbi hücumlarının tarixini, İsrailin Livanla müharibələrini və hətta II Dünya Müharibəsinin Sakit okean Cəbhəsini əhatə edir. Bu müharibələrin hər biri kitabda əsgərlərin, komandirlərin və səhra həkimlərinin həyatını və dünyagörüşünü kökündən dəyişdirən bir neçə epizodla təsvir olunur. İstər bir əsirin təsadüfən öldürülməsi, istərsə də ağır yaralanma və ya vəhşicəsinə zorakılıq səhnəsi olsun, psixoloji travma, illər keçsə də döyüşənləri tərk etmir, əksər hallarda həyatlarını və yaxınları ilə münasibətlərini məhv edir. 11 qəhrəmanın hər birinin şəxsi tarixi kitabda yalnız birinci şəxsin hekayəsi və ya müsahibəsi kimi verilmişdir: Sayts əsgərləri və onların ailə üzvləri ilə yazışmalarından da bəhs edir; bir çoxu ilə çalışdığı illər ərzində müharibə müxbiri kimi yaxın dost olmuşdu.


Saytsı bu kitabı yazmağına ilk növbədə İraqdakı işgüzar səfərlərindən birində qazandığı posttramatik sindrom ilə əlaqəli şəxsi təcrübəsi səbəb oldu. Daha sonra «Ruhun qəzəbi» xüsusi əməliyyatı zamanı yaralı İraqlı əsirlərin qətliamına şahid oldu. Daha sonra, Sayts onlardan ən az birini xilas edə biləcəyini başa düşürdü, lakin kömək istəməsinə məhəl qoyulmadı, əslində isə bu addımla onu ölümə məhkum etdi.


Daha sonra bu qırğın epizodunu tanıtdığına görə, nümunəvi jurnalist etikasının təzahürü kimi bir sıra mükafatlar alsa da, peşmançılıq onu uzun illərdir təqib edir, nəticədə ağır depressiya keçirdi və bu da alkoqol asılılığı ilə nəticələndi.

Müəllifin şəxsi etirafına görə oxşar çətinliklər yaşayan hərbi salnamələrinin qəhrəmanları ilə ünsiyyət onun özünü başa düşməsinə kömək etdi və nəticədə kitab yazmağına təkan oldu.


Hər hansı bir dəhşətli hadisə, istər avtomobil qəzası, istərsə də təbii fəlakət — istənilən bir insanın psixoloji vəziyyətinə davamlı təsir göstərə bilər. Travma sonrası stres pozğunluğunun (TSSP, tez-tez «Vyetnam sindromu», «Əfqan sindromu», «Çeçen sindromu» deyilən ağır bir zehni vəziyyət — əziyyət çəkənlərin iştirak etdiyi müharibədən asılı olaraq) hər kəsdə inkişaf edə biləcəyi qəbul edilir.


Buna görə 1990-cı illərdə hər bir psixoterapevt üçün məcburi olaraq birdəfəlik ziyarət və ya həddindən artıq belə vəziyyət yaşamış insanlar ilə böhran görüşmələrində iştirak etmələri üçün cəhdlər edildi.

Müharibə ilə bağlı xatirələr o qədər onu narahat edə bilər ki, onun normal zehni fəaliyyətinə maneçilik törədə bilər. Günahkar olduğunu hiss edən bir insan, təcrübəsinə dönə-dönə qayıdır, məsələn, başqalarını xilas etmək üçün başqa nə edilə biləcəyini düşünər. Başından keçənləri xatırladan yerlərdən və hərəkətlərdən çəkinməyə, hətta heç bir şey hiss etməmək üçün ətrafdakı dünyaya reaksiya verməməyə bütün gücü ilə çalışar. Yoldan keçənlərdən və ətrafdakılardan daim ehtiyyatlı olmağa çalışar: Ətrafda onun yanından keçmək kifayətdir ki, xoşlanmadığı adi bir hərəkətdən onu dəhşət bürüyər və az qala ürəyi sinəsindən çıxar. Bu bir sindrom əlamətidir. İraqdan qayıdan ingilis əsgərlərində bu simptomlara 4-6% əsgərdə rastlanmışdı. Tədqiqatçıların fikrincə, bunun səbəbi «mülki həyatda» əvvəlki həyatlarına qayıtdıqdan sonra keçmiş hərbçilər problemlərinin öhdəsindən təkbaşına gəlmək məcburiyyətində qalırlar, ancaq digərləri aktiv hərbi heyət tərkibində müharibənin nə olduğunu bilən həmkarları arasında olmaları bu mərhələni daha asan adlamalarına kömək edir.

Baxın, veteranların ictimai birliyi, məhz bu problemləri birgə aşmaq üçün çox vacibdir. Bu birliklərə kömək etmək əvəzinə bizdə problem yaradanların məqsədləri aydındır. Bunu bilmək və anlamaq üçün heç də psixoloq olmağa ehtiyac yoxdur.

Ona görə də ölkənin ən iri ictimai birliyi-Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) olaraq, köhnə döyüşçülərin potensialından istifadə edilməsini təklif etmişik. Lakin müharibənin nə olduğunu və hətta döyüşçünün kim olduğunu bilməyən şəxslərin ortaya atılması bu sahəni «ərəb saçına» döndərməkdədir və narazılıqlar günbəgün artmaqdadır. İlkin olaraq 2015-ci ildə hazırlanmış “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də hərbi travma və müharibədə alınmış yaralanma ilə bağlı bir kəlmənin olmaması, müharibə gedən bir ölkədə Vətənə xəyanətdən qeyri bir şey deyildir. 1999-2016-cı illər ərzində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında qərara edilən dəyişikliklərə görə, yalnız 2 dəfə Azərbaycanın Milli Qəhrəmanı adı verilən şəxslərin adı əbədiləşdirilə bilər. Yəni şəhid adları bütün yerlərdən yığışdırılması barədə göstəriş də verilmişdi. Dəfələrlə yazmışıq, bu düşmən dəyirmanına su tökənin kimliyi araşdırılsın. O cümlədən eyni üslubda «Əlillərin sosial reablitasiyası haqqında» və «Veteranlar haqqında» Respublika Qanunlarına lüzumsuz Qeyd əlavə olunub, dəyişikliklər edilib. Qanunlar işlənməz hala salınıb. Bunu edənin kimliyi bizim üçün müəmmalı ola bilər. Amma ölkə rəhbərliyi bunu edənləri dərhal araşdırıb hansı məqsədlər güddüklərini üzə çıxarılması barədə göstəriş verməlidir. Hələ şəhid məzarlarını Şəhidlər Xiyabanında gizləmək üçün Hacıbala Abutalıbovun əkdiyi ağac biyabırçılığını demirəm.

Köhnə döyüşçülər bütün bu addımları atmış insanların hansısa sifarişi yerinə yetirdiklərini düşünürlər.


Bu gün biz postmüharibə dövründə psixoloji gərginliyi olan şəxsləri diqqətdən kənarda qoymamalıyıq. 4 nəfərin özünə qəsd etməsi və 1 nəfərin özünü doğraması ilkin simptomlardır. Bu sahə üçün yaradılmış komissiyalar faktiki olaraq heç bir işlə məşğul olmurlar. Çünki onların bu sahəyə aidiyyatları və məlumatları yoxdur. Olsaydı qəbul etdikləri qərarlar bu gündə olmazdı.


Gecikmədən bu problemi hökumət öz nəzarətinə götürməlidir. Psixoloji və sosioloji yardım mərkəzləri, həmçinin illər öncə təklif etdiyim kimi veteran poliklinikaları yaradılmalıdır. Xaraktercə fərqli yanaşma olmayınca bu problem daha ciddi fəsadlara gətirib çıxara bilər.


Mövzuya qayıdacağıq.

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xdmətinin rəhbəri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: