22.11.2024

Hərbçilərin problemlərinin həlli diqqət mərkəzində olacaq

“Prezidentin də qeyd etdiyi kimi, Qarabağda qələbəni qazanan texniki vasitələr deyil, Azərbaycanın əsgər və zabitləridir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.


Sədr bildirib ki, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması ölkədə həyata keçirilən siyasətin əsas prioritetini təşkil edir: “Hərbi qulluqçulara müddətli əlavələrin təyin edilməsi ilə bağlı qərar verildi. Biz hamımız yaxşı bilirik ki, bu qərar zaman tələb edən prosesin nəticəsində qəbul olunub. Hərbi qulluqçular daim dövlətin qayğısı ilə əhatə olunub. Onların problemlərinin həlli hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin rəhbərliyinin diqqət mərkəzində olacaq”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: