22.11.2024

Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid olub

Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu 5 ay sonra hospitalda şəhidlik zirvəsinə ucaldı. 

Fedai.az-ın APA-ya istinadən məlumatına görə, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib. 

Şəhid əsgər sabah, martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq. 

Qeyd edək ki, Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. 

Allah rəhmət eləsin! 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: