AVMVİB sədrinin döyüş öncəsi görüntüləri yayılıb — VİDEO
Video görüntülərdə əks olunan komandirlərdən birini tanıdıq və Milli Ordumuzun yaranmasına ilk qoşulan zabit, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevdən kadrların harada çəkildiyi haqda məlumat verməsini xahiş etdik. Onun bildirdiyinə görə, bu videogörüntülər Laçın kəndlərinin düşmən işğalından azad edilməsi məqsədiylə aparılan 1992-ci ilin yay kompaniyası dövrü çəkilib. Kadrlarda danışan şəxs, 701 saylı hərbi hissənin tərkibində yaradılmış motoatıcı batalyonun komandiri, şəhid Süleyman Əhmədovdur. Əməliyyatlar zamanı Lçının 40-a yaxın kəndini azad etmişdik.
Əməliyyatlarda iştirak edən əsgərlər arasında laçınlılar üstünlük təşkil edirdilər. Laçın polisi də ardımızca irəliləyirdi və azad edilmiş ərazilərə nəzarəti həyata keçirirdi. Sonra əmr əsasında bizi qaytarıb Vəng əməliyyatına cəlb etdilər. Bu döyüşlər zamanı dostum və əsil qəhrəman batalyon komandiri Vaqif Quliyev şəhid oldu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Müəllif: Elnur SƏLİM