Salyanın İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçısına vəzifə verildi
Salyanda Vətən müharibəsi iştirakçısı vəzifəyə təyin edilib.
“Report”un Aran bürosunun məlumatına görə, Prezident İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında müvafiq Fərmanına əsasən Salyan Rayon İcra hakimiyyətində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Həmin vəzifəyə Vətən müharibəsi iştirakçısı Kərimov Rəşad Malik oğlu təyin edilib.
Qeyd edək ki, R.Kərimov Salyan rayonunun Aşağı Kürkənd kəndində doğulub. O, müharibənin ilk günlərindən döyüşlərdə iştirak edib.