Erməni fəaldan önəmli etiraf: “Ağdamı niyə dağıtmısınız?” — VİDEO
Erməni fəal İşxan Vardyan ölkəsinin baş naziri Nikol Paşinyana qəzəbli müraciət ünvanlayıb.
“Baku TV”nin paylaşdığı görüntülərdə erməni fəal Nikol Paşinyandan Qarabağ məsələsində düzgün addım atmağı tələb edib.
İ.Vardyan həmçinin ermənilərin Ağdam və Füzulidə törətdiyi vəhşilikləri xatırladıb.
Şəhərlərin dağıdıldığını, məscidlərin təhqir olunduğunu bildirən erməni fəal bunu müharibə cinayətkarlarının törətdiyini və Nikol Paşinyanın onları mühakimə edib, Azərbaycana təhvil verməli olduğunu bildirib.
“Siz Ağdamı görmüsünüz? Bu nədir belə? Buna görə necə cavab vermək olar? Düzgün davranın, cənab Paşinyan, bizim Ermənistandan başqa vətənimiz yoxdur. Sizi Ağdamın, Füzulinin və ya Qarabağın baş naziri seçməyiblər, siz özünüz demişdiniz ki, siz Ermənistanın baş nazirisiniz, Qarabağ xalqının adından danışmağa haqqınız yoxdur”, — deyə İşxan Vardyan bildirib.
İşxan Vardyan Nikol Paşinyanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh müqaviləsi imzalamağa çağırıb.
Erməni fəal həmçinin hərbi əməliyyatların dayandırılmasından sonra əsir götürülmüş ermənilərin beynəlxalq hüquq baxımından terrorçu adlandırılması məsələsində də Azərbaycan tərəfinin haqlı olduğunu vurğulayıb.(BAKU.WS)