FETÖ-çu iş adamı villasında yaxalandı: Evindən qızıl tapança tapıldı
Türkiyənin paytaxtı Ankarada FETÖ-çu iş adamı Emin Erener və həyat yoldaşı Nesrin Erener hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 ildir ki, axtarışda olan «Hür ve Sanayici İş Adamları Dərnəyi”nin rəhbəri E.Erenerin bu müddət ərzində Çankayanın Bəytəpə məhəlləsindəki villada yaşadığı məlum olub.
Evə baxış keçirilən zaman orada qeyri-qanuni şəkildə saxlanılan qızıl suyuna salınmış tapança aşkar edilib.