22.11.2024

Bu gün Lütfi Zadənin doğum günüdür

Bu gün görkəmli azərbaycanlı alim qeyri səlis məntiq nəzəriyyəsinin yaradıcısı Lütfi Zadənin doğum günüdür.

Bu gün dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Ötən əsrin 80-ci illərində bu nəzəriyyədən yapon alimləri yararlanmaq qərarına gəliblər. Yaponiyanın «Mitsubishi», «Toshiba», «Sony», «Canon», «Sanyo», «Nissan», «Honda» və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

İndi həmin nəzəriyyə Amerikanın «General Motors», «General Electric», «Motorola», «Dupont», «Kodak» və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq edilir.

—————————————-

Today is the birthday of prominent Azerbaijani scientist Lotfi Zade.It is a theory of fuzzy logic that is considered a revolution in world science today. In the 1980s, Japanese scientists decided to use this theory. Japanese companies such as Mitsubishi, Toshiba, Sony, Canon, Sanyo, Nissan, Honda and others have been producing photo and video cameras, washing machines, vacuum cleaners based on fuzzy logic. They are widely used in the management of cars, trains, industrial processes. Now this theory is widely used in production by American companies such as General Motors, General Electric, Motorola, Dupont, Kodak and others.

Məhsəti Yunusova-Hüseynova

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: