22.11.2024

Şəhidlərimiz layiq olduqları məkanda şəhid qardaşlarına «qovuşdular»

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə övladları Qaradağ ərazisində dəfn olunmuş şəhid ailələrinin arzusu yerinə yetirilib.

Rəsmi mənbələrə istinadən yayılan məlumatlara görə, Bakının ümumşəhər qəbristanlığında dəfn olunmuş 18 şəhidinin məzarı Yasamal rayonunda yerləşən Şəhidlər Xiyabanına köçürülüb.

Məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilib. Məlumata görə, məzarlar açılarkən şəhidlərin ailə üzvləri və yaxınları, rəsmi şəxslər də iştirak edib. Məzarların daxilində hər hansı su axıntısı və sızıntısı müşahidə edilməyib.

Qeyd edək ki, məzarların yerinin dəyişdirilməsi ilə bağlı şəhid ailələrinin müraciətləri onların iştirakı ilə ətraflı araşdırılıb, yaranmış problemin optimal həll yolu müəyyən edilib.

Yanvarın 30-da isə rəsmi qurumların şəhid ailələri ilə bir daha görüşü keçirilib, onların qəbir yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınıb və müvafiq qərar qəbul edilib.

Göstəriş yerinə yetirilib və şəhid yaxınları bu addımı atan Ali Baş Komandan cənab İlham Əliyevə və I Vitse Prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Ruhları şad, məkanları cənnət olsun!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: