Qənirə Paşayeva Vətən Müharibəsinin bir qrup qazisi ilə Milli Məclisdə görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin bir qrup qazisi ilə Milli Məclisdə görüşüb.
Millət vəkili onların qayğıları ilə maraqlanıb.
Q. Paşayeva Qazilər Vidadi Ağagülov, İlqar Quliyev, Elvin Nəsirov, Rauf Musayev, Elçin Müseyibov və Məhərrəm Quliyevi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edən Komitə sədri deyib ki, məhz əsgərlərimizin fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.
Q. Paşayeva qazilərə Mədəniyyət Komitəsi adından təbrik və təşəkkür məktubu təqdim edib.
Qazilər Komitə sədri ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.