02.07.2025

Moskvada Naxçıvan dəhlizi müzakirə olunur

 Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri Moskvada görüşəcəklər.

Bu barədə RBK kanalı Rusiyadakı mənbələrinə istinadən yazıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan tərəfindən Şahin Mustafayev, Ermənistan tərəfindən Mqer Qriqoryan, Rusiya tərəfindən isə Aleksey Overçuk iştirak edəcək.

Görüşdə Naxçıvan dəhlizi və bir neçə məsələ müzakirə olunacaq.

Qeyd edək ki, 11 yanvarda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdiyi Moskva bəyanatında kommunikasiyaların açılması əksini tapıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: