Qazimizin qayğıya ehtiyacı var
Bu qardaş Hərbi hospitalda (Papanin qospitalinda) yatır, əslən Tovuzdandır. Musayev Bəhman Natiq oğlu.
Bu sözlərlə başlanan statusu facebookda Ramil İsayev adlı profilində paylaşıb. Daha sonra yazır:
«Ailəsinin vəziyyəti yaxsi deyil, qazimizin də bir gözü çölə çıxıb, bir gözünün sinir sistemi dağılıb, hər iki gözü də görmür…
Belələrini də paylaşmaq lazımdı . Nə qədər saytlara göndərmişəm paylaşmadılar şərəfsizlər.
Bu yazını mənə yolladılar mən də kopya edib paylaşdım. Siz də paylaşın hər yerdə.
Vallah, Allah bizi buna görə bağışlamaz …
Sənin o gözlərinə qurban».
P.S. Qazilərimizə diqqət artırılmalıdır. Bəzi həkimlərin əməllərində təxribat xarakterli əməllər aşkarlamışıq. Tezliklə adbaad sizlərə təqdim edəcəyik.