Ölkəmizdə 5 günlük tətil başladı
Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayıb.
Axar.az xəbər verir ki, bu gün — dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramıdır.
Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Eyni zamanda yanvarın 3-ü bazar günüdür.
Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycanda 5 gün — 2020-ci ilin dekabrın 31-i, 2021-ci ilin yanvarın 1-i, 2-si, 3-ü və 4-ü qeyri-iş günləridir.
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: