27.07.2024

AVMVİB Xocavənd və Beyləqan rayonu veteranları Aprel döyüşlərinin ildönümünu qeyd etdilər

AVMVİB Xocavənd və Beyləqan rayonu veteranları Aprel döyüşləri ilə bağlı silsilə tədbirlərdə iştirak ediblər. Xüsusən də Beyləqan batalyonu tərkibində döyüşlərdə iştirak etmiş keçmiş döyüşçülər AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənovun rəhbərliyi ilə Beyləqan Mədəniyyət Sarayında «Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir!» adlı tədbirdə yaxından iştirak ediblər.

Tədbir barədə saytımıza məlumat verən AVMVİB Xocavənd rayon şöbəsi sədrinin müavini Məmməd Məmmədov bildirdi ki, tədbirdə veteranlarla yanaşı, Beyləqan və Xocavənd rayon İcra Hakimiyyətlərinin Başçıları, İcra Hakimiyyətinin işçiləri, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. «Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir!» adlı tədbirdə hərbi-vətənpərvərliklə bağlı mövzularda ədəbi-bədii kompozisiyalar və musiqi parçaları ifa edilib. Tədbirdən öncə bir qrup ictimaiyyət nümayəndəsi və müharibə veteranları Horadizdə düşmən gülləsindən həlak olmuş körpə Zəhranın məzarını da ziyarət etdilər və bundan sonra tədbir başlandı.

Beyləqan batalyonunun döyüşçüləri Aprel döyüşlərinin ildönümü ilə əlaqədar tədbirləri həftə boyu davam etdirərək şəhid ailələrinə baş çəkiblər.

Müəllif: Elnur SƏLİM

XOCAVƏND VƏ BEYLƏQAN VETERANLARI APREL DÖYÜŞLƏRİNİN İLDÖNÜMÜNÜ QEYD ETDİLƏR
XOCAVƏND VƏ BEYLƏQAN VETERANLARI APREL DÖYÜŞLƏRİNİN İLDÖNÜMÜNÜ QEYD ETDİLƏR
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: