QARABAĞ PROBLEMİNİN QLOBALLAŞMIŞ GEOSTRATEJİ TƏRƏFLƏRİ

DÜŞMƏN CƏBHƏDƏKİ İTKİLƏRİNİ DAİM GİZLƏDİB


Xaqani Ədəboğlu
AVMVİB Mətuat Xidmətinin Rəhbəri

TƏKRAR

Biz düşmənə qarşı informasiya savaşında çox cılız görünməkdəyik. Öz ölkəsindən rusları, azərbaycanlıları, müsəlman kürdləri, qıpçaqları və indi də yezidi kürdlərini diskriminasiya siyasətinə, deportasiyaya və assimliyasiyaya məruz qoyaraq monoetnik bir ölkəyə çevrilən Ermənistan həyasızcasına Azərbaycanı etnik hüquqların pozulmasında günahlandırır və özləri həyasızlıqda olan bəzi etnik separatçı ünsürləri də bu işdə alət edə bilib. Hərçənd ki, yerli heç bir xalq belə xainlərin adını belə eşitmək istəmirlər.

Bəli, etiraf etməliyik ki, Azərbaycan jurnalistikası informasiya savaşında hələ ki, boy göstərmək iqtidarında deyil. Konkret olaraq düşmənə qarşı bu sahədə mübarizə hədəfli bir neçə qurum var və onların da fəaliyyətləri yetərli deyil.

Düşmən tərəfi illərdir ki, öz itkilərini Qarabağda azaltmaqla məşğuldurlar. Azərbaycan tərəfinin isə itkilərini artırmaqla “qəhrəman” obrazı yaratmağa çalışırlar. Düşmən tərəf öncə 1991-1994-cü illər itkilərini heç zaman düzgün statistikasını yaymayıb. Ermənistan tərəfində vuruşan Fransadan göndərilən 700 nəfərlik terrorçu legion (bu terror qrupunun bütün xərclərini o vaxtkı prezident Fransua Mitteranın arvadı Daniela Mitteran qarşılayırdı), Suriya-Xankəndi əlaqələri o vaxtlar Suriyadan yerli ermənilərdən ibarət dəstələr (Qarabağda döyüşlərdəki iştiraklarını özləri etiraf ediblər), Livan erməni terrorçuları, xüsusən Vekaa vadisindən gəlmiş terror qruplarının lideri ASALA-nın liderlərindən olan, həmçinin ASALA İnqilabi Hərəkat qanadının terrorbaşçısı Monte Melkonyanın Yaxın Şərqdən olan dəstəsi (Bu terror faktını ermənilər heykəlləşdiriblər), Livanda Dаşnakstsuyutun partiyası fəalı, terrorçu Jirayir Səfilyan, Cənubi Osetiyadan gəlmiş Mirza Abayevin başçılıq etdiyi osetin qruplaşması, 366-cı polkun tam heyəti, Pskov hücum desant polkunun səfərbərlik adıyla çağırılmış ehtiyyatda olan “partizanları”, Ermənistanda dislokasiya edilmiş 7-ci ordunun hərbi birlikləri (Bu qruplaşmaya aid olan Dağ-piyada desant dəstəsi Başgüneypəyədə tam heyətlə məhv edilmişdi), Əskəranda yerləşən kazak polku üzvlərin sayı 850-900 nəfər olması deyilirdi və bildirək ki. bu toplumu haylar uydurma “armenoid” nağılı ilə aldada biliblər. Guya kazaklar “hay imişlər” və Ümumrusiya Kazaklar Birliyinin atamanı İvan Kononovun mətbuatda dərc edilmiş açıqlamasına görə, Qarabağ müharibəsində erməni ordusuna dəstək olmaq üçün 89 kazak iştirak edib (burada bir “0” əskik gəlir), onlardan 14 nəfəri döyüşlərdə ölüb (Bu say isə 200 nəfərdən artıqdır). Bu il mayın 28-də işğal olunmuş ərazilərdə olan rus kazaklarının rəhbəri bildirmişdi ki, “müharibə bitmədiyindən rus kazakları hələ də erməni ordusunun dəstəyi olacaq”.


Maraqlıdır ki, mayın 24-də Azərbaycan Kazaklar Birliyinin atamanı Viktor Mereşkin prezident İlham Əliyevə müraciət edərək Müdafiə Nazirliyi tərkibində kazak alayının yaradılmasını təklif etmişdi.

Onu da yada salaq ki, Gümrüdə hərbi kadet kompleksi açılıb. Bu mənada digər yüksək vəzifəli kazakın, Rusiya cənub federal dairəsinin vitse-qubernatoru Nikolay Doludanın çıxışı diqqəti cəlb etməyə bilməz: “Erməni-kazak dostluğunun tarixi əsirlər boyu inkişaf edib. Minlərlə Kuban kazakı erməni torpağını türk və farslardan müdafiə edərək bu torpaq üçün canlarını veriblər”. Niyə, məhz Kuban kazakının deyilməsinin fərqinə varmısınızmı? Çünki Kuban kazaklarının atamanı erməni kazak general -leytenantı Caqaryan Şmavon Aykazoviçdir. ABŞ-dan ilkin silah partiyasını Qarabağa gətirən və hətta bu dəstə üzvləri helikopter vurmaq üçün silahı 1991-ci ilin yayında Qarabağa keçirə bilmişdilər. İlkin məlumatlarda bu silahı o vaxtlar Fransanın bağışladığı bir humanitar helikopterlə gətirdikləri deyilirdi. Mənfur düşmən o dövrdə helikopteri vurmaq üçün silahı necə əldə etmişdi? Sonradan aparılan araşdırmalar nəticəsində məlum olub ki, Mi-8 N72 hərbi vertolyotu Amerika istehsalı olan Barret M82A1 silahından açılan atəşlə vurulub (Mərminin tərkibində birləşmiş uran izotopu U-238 olur). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silahın adı, həm də kütləvi qırğın silahları cərgəsindədir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna “nüvə yanğını” da deyirlər. Bu yanğının dalğa zərbəsindən obyektin qalıqları partlayış mərkəzindən 500-600 metr uzağa dağılır.

ABŞ-dan İrəvana gələn Karo Kaxkedjyan barədə məlumat vermişdik. ABŞ-dan silah alınması və buraya gətirilməsi 1989-cu ildən burada olan Spitak Arç (Ağ ayı) ləqəbli Karonun vasitəçiliyi ilə baş tutduğu ehtimal olunur. Ümumiyyətlə, düşmən tərəfində vuruşanlar arasında PKK-lı türkiyəlilər, iranlılar da yetərli saya malik olublar. Həmçinin ABŞ MKİ Arabo hərbi birləşməsinin tərkibinin əsasən ərəb ölkələrindən yığılmış muzdlulardan təşkil olunduğunu desə də, ermənilər inadla bu faktı təkzib edirlər və “Arabo” adının XIX əsrdə Osmanlıya qarşı qiyam edən və sonda kürd dəstələri tərəfindən öldürülən Stepanos Mixitaryan adlı şəxsin təxəllüsündən götürdüklərini bildirirlər. Amma faktiki olaraq öldürülmüş terrorçular arasında ərəb mənşəli leşlərin olduğu Qəhrəman Ordumuzun ön dəstələri sübut etdilər. Başqa bir informasiyada isə 160-200 leşdən ermənilər yalnız 79-83 leşin axtarışındadırlar. Sizcə bu niyə belədir?

Hələ də yaşayan batalyon komandiri yevlaxlı Manvel Yegizaryan batalyonun tam heyətdə məhv edilməsini etiraf edib. Sonuncu dəstə isə MDB ölkələrindən muzdla döyüşən şəxslərdən ibarət dəstə olub. Hətta bu dəstənin tərkibində qazax, tatar və s. millətlərin nümayəndəsi də olub. SSRİ-nin 7-ci ordusunun müddətdən artıq xidmət edən, sonralar erməni terror qrupuna qoşularaq bizə qarşı döyüşən, Əfqanıstanda əsgərlik çəkmiş Nefesov Kurbanmurat Bazarbayeviçin (1969-1992) Erablur qəbristanlığındakı leşi basdırılan qəbri haqqında məlumat vermişdik.

Beləliklə, Azərbaycana qarşı Ermənistan tərəfindən döyüşən muzdluların, terrorçuların və rusların sayı və itkilərini növbəti yazımda geniş müzakirəyə verəcəyəm. Amma öncə bəzi məqamlara işıq salmaq vacibdir.

Azərbaycanın oxumaqdan uzaq düşən əhalisinə bir çox həqiqətlər çatdırılmalıdır. Bunu “artistlərin alt paltarlarından” yazan mütrüflərimiz edə bilməzlər. Heç olmasa, bir millətin edam kürsüsündə nə ilə məşğul olmalarını, sadəcə bircə an seyr edin. Əgər başınız varsa oturduğunuz budağa vurduğunuz baltalara diqqət edin. Qarşıda yüz cəbhəyə işləyən bir mənfur düşmən var. Sizi aldadaraq arxayın salmaq üçün “qorxaq, qandan qorxan, axmaq və s. ” epitetlər işlədirlər.

Yəni biz analoqu olmayan, çoxlarına köpəklik etməklə yanaşı özünə köpəklik edən toplumlar yaratmış bir güclə üzbəüzük. İmperialistlərin hədəfi Qara dəniz-Xəzər arası zolağı türksüzləşdirmək, bu oyunda maşalıq edən hayların isə qondarma “bÖyük eRmənistan” ideyası var. Qorxulu tendensiya odur ki, bir toplum olan haylar ellikcə bu xəstəliyə yoluxdurulmuşdur. Hazırda isə bizim içimizdəki bəzi beyinsizləri “haylar kimi aborigen” adlandıraraq əməlli-başlı tərəfdarlar yığıblar. Bu gün bizlərin düşmənlə mübarizədə susmaq haqqımız yoxdur.

Türkiyə mətbuatında belə bir yazı oxudum: “PKK-ya təlim kamplarından tutmuş hər cür mediya və rabitə təminatını həyata keçirən Ermənistan, PKK-lı terroristlərin Avropaya geçişinide Ermənistan pasportu ilə həyata keçirilir. Hər ay 50 nəfər PKK-lı terroristin bundan faydalanmasını təmin edir.

Avropada ən böyük dəstəkçisi Fransa olan Ermənistan, Parisdəki öz səfirliyi üzərindən terrorist müttəfiqi olan PKK-lıların sağlıq və maliyyə ehtiyaçlarını qarşılayır. Ermənistan, bu işləri o qədər açıq və nümayişkaranə bir şəkildə edir ki, terrorçu başı Murat Karayılanın istifadə etdiyi cib telefonunun Ermənistan Xarici İşlər nazirliyinə bağlı olduğu xüsusi xidmət orqanları tərəfindən təsdiqini tapmasına heç reaksiya belə vermir.

Ermənistan, PKK-lıları sadəcə Avropaya gönderməklə qalmır, Suriyadakı Yezidi PKK-lıları Qarabağda Azərbaycana qarşı savaşmaları üçün yerləşdirməkdədir. Onların başları üstündə duran adam isə, terror təşkilatı olan ASALA-nın sözdə lideri və keçmişdə, yəni 1981-ci ildə, Parisdə terror hücumunu gerçəkləşdirərək 56 nəfəri girov götürən və güvənlik işçisi Cemal Özəni şəhid edən dörd ermeni terrorçusundan biri olan Vazgen Sisliyandır.

Avropada lobbi çalışmaları üçün gönderdiyi PKK-lılar, Qarabağda, Azərbaycana qarşı savaşmaları üçün yerləşdirdiyi PKK-lılar, Ermənistandan Türkiyəyə girişi, HDP-li Bələdiyyə başkanına sahib Tuzluca üzərindən həyata keçirilən PKK-lılar, Ermənistanın, eyni məzhəbdə, yəni ortodoks – olan Yunanıstan kimi Türkiyəyə qarşı bir nömrəli terror müttəfiqidir.

Dörd bir yandan imperialistlərin əsgəri gücləri ilə əhatəyə alınmış Türkiyə Cümhuriyətinin qapı qonşuları olan Yunanıstan və Ermənistan, Türkiyəyə qarşı oacaq hər hansı işğalın, keçmişdəki kimi baş figürları olacaqlar. Bu iki vassal ölkə, zəncirlərini tutanlardan gələcək əmrləri, keçmişdə aldıqları dərslərdən çox yaxşı bildikləri üçün, Türkiyəyə qarşı olan PKK/YPG, DHKP-C, FETÖ, MLKP, DK, TİKKO kimi terror örgütlərini yedirir, bəsliyor və istifadə edirlər.

Biz nə etməliyik? “Dövlət nə edir” kimi boş danışığı buraxıb, hər kəs tutduğu mövqedən asılı olmayaraq öz gücümüzü Dövlətimiz üçün sərf etməliyik. Hər şeyi Dövlətdən gözləməməliyik.

Yatmaq, boş durmaq olmaz; bu mücadilə, hər birimizin, Şəhidlərimizə olan namus borcudur!…

Bu işdə hər kəs eyni partiyanın mənsubudur, onun da adı TÜRKİYƏ CÜMHURİYYƏTİdir. Bunu Türk mətbuatında F. Özonur adlı bir nəfər yazıb”.

Bizim üçün varmı belə bir partiya? Yoxsa şəxsi ambisiyalar üçün şeytanla qol-boyun olan və şəxsi mənfəət üçün Vətəni 5 qəpiyə satanlar hər yerə nəzarət edirlər? Şəxsi qazancları naminə düşmənə “dayı” deyənlər məmləkət adlı bir Anamız təhlükədədir…
(Fedai.az)

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Поделиться