27.07.2024

AVMVİB Balakən rayon şöbəsi tədbir keçirdi

AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayevin verdiyi məlumata görə, şöbə üzvü olan müharibə veteranları 31 Mart və Aprel döyüşləri ilə əlaqədar tədbirlər keçiriblər. Balakən rayonu Z. Əliyeva adına və Nəsimi adına orta məktəblərdə keçirilən tədbirlərdə hər iki tarixi günlər barədə məlumatlar verilib və düşmənin Azərbaycanın ərazi bütövlüyünə daim qəsd etməyə hazır olması vurğulanıb.

AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev saytımıza açıqlamasında bildirdi ki, Dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və buna həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissləri yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz rəhbərliyin tapşırığına əsasən bu cür tədbirlər planı hazırlayıb gənc nəslə öz yaxın tariximizi unutmamalarına çalışırıq.

Tədbirdə məktəbin pedoqoji kollektivləri, məktəb direktorları yaxından iştirak ediblər. AVMVİB Balakən rayon şöbəsi hər iki məktəbin kollektivinə veteranlar adından öz minnətdarlıqlarını bildirirlər.

Müəllif: Azər BAYRAM

AVMVİB BALAKƏN RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ
AVMVİB BALAKƏN RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ
AVMVİB BALAKƏN RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ
AVMVİB BALAKƏN RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ
AVMVİB BALAKƏN RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ
AVMVİB BALAKƏN RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: