22.11.2024

Azərbaycanın yeni xarici işlər naziri nələri etməlidir?

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Təhsil naziri vəzifəsindən azad edilməsi və xarici işlər naziri təyin edilməsi haqqında sərəncamlar imzalayıb. 

Fedai.az Azərbaycanın xarici siyasət idarəsinin yeni rəhbəri haqqında məlumatı təqdim edir.  

Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Həmin il Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olunub. Bu ali məktəbi iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.

2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin olunub.

23 aprel 2018-ci il tarixlində isə təhsil naziri təyin olunub. 

C.Bayramov prezidentin 15 iyul 2020-ci il tarixli sərəncamı ilə Xarici İşlər Naziri təyin edilib. 

Evlidir, 2 övladı var.

Yeni nazir nələri dəyişməlidir? Prezident İ. Əliyev bütün hədəfləri dediyi çıxışı diqqətinizə çatdırırıq:

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: