22.11.2024

Şəhidimiz İsmayıllıda dəfn edildi


İyunun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində yerləşən mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşi açıb və hücuma keçməyə cəhd göstəriblər. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 4 nəfər şəhid olub, 4 nəfər yaralanıb.


Düşmən hücumunun qarşısını alarkən əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq əsgəri xilas etmək mümkün olmayıb. 


2002-ci ildə anadan olmuş Xəyyam Daşdəmirov  İsmayıllı rayonunun Bilik kəndindən hərbi  xidmətə çağırılıb.  O, hərbi xidmətə 3 ay öncə yollanıb.  
Artıq 18 yaşlı əsgərimizin nəşi dəfn edilmək üçün doğma kəndinə gətirilib. 
Daşdəmirovun özündən kiçik bir qardaşı var. 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: