Rusiyadan daha 155 vətəndaş Azərbaycana gətirildi
Dağıstan Respublikasında, Rusiya ilə Azərbaycan sərhədində qalan 155 nəfər avtobuslarla Vətənə təxliyə edilib.
Publika.az xəbər verir ki, bu barədə «RİA Novosti» məlumat yayıb.
Bildirək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qrafik üzrə bu gün 150 nəfərdən artıq Azərbaycan vətəndaşının ölkəyə keçməsinin təmin olunacağını demişdi.