22.11.2024

Azərbaycanda generallar “Heydər Əliyev zirvəsi”ni fəth etdilər — FOTO/VİDEO

15 iyun — Azərbaycan xalqının Milli Qurtuluş Gününün 27-ci ildönümü ərəfəsində zəmanəmizin dahi şəxsiyyəti, müasir Azər­bay­can dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramının ifadəsi məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən 12 iyun 2020-ci il tarixdə general və zabitlərdən ibarət bir qrup sər­hədçinin Böyük Qafqaz sıra dağ­larının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündür­lükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunub.


Veteran.az Demokrat.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb.


Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirak­çıları mürəkkəb relyefə malik olan dağlıq ərazini böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvəyə qalxıb, orada Azər­bay­can Respubli­kasının Dövlət Bayrağını ucaldıb, Dövlət Himnini ifa edib və Azərbaycan xalqının Milli Qurtuluş Gününün 27-ci ildönümünü tərənnüm edən lövhəni qaya üzərində bərkidiblər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: