29.03.2024

Müharibə veteranı təltif edilib

AVMVİB üzvü, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı Əziz İzzət oğlu Qurbanovu Birliyin Xatirə medallarıyla və döş nişanı ilə təltif olunub.

AVMVİB sədri Füzuli Rzaquliyev, Əziz İzzət oğlu Qurbanovu Birliyin Xatirə medallarıyla təltif edərək, müharibə veteranının keçdiyi döyüş yolundan danışdı. Komandir kimi əsgər Əziz Qurbanovun döyüş yolunu müsbət xarakterizə edərdim. Bu gün də Birliklə əlaqələrini kəsmir və fəal müharibə veteranlarımızdan sayılır. Daha böyük mükafatlara layiq olan döyüşçümüzü təbrik edir və Şuşalı günlər arzulayıram.

Müharibə veteranı Əziz Qurbanov da göstərilən diqqət və qayğı üçün AVMVİB Rəhbərliyinə öz minnətdarlığını bildirib.

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: