QARABAĞ SAVAŞINDA RUSİYA VASİTƏÇİ DEYİL, DAİM TƏRƏF OLUB
TƏKRAR.
Хотя других дорог на свете много,
Нам ничего нельзя вернуть.
Нам суждена военная дорога,
Мы с детских лет избрали этот путь.
(Sovet əsgərinin yaradıcılığından)
Rusiya Ukrayna və Gürcüstandan fərqli olaraq, daim Qarabağ münaqişəsində iştirakını gizli saxlamağa və məkrli surətdə «tərəfsiz» olduğunu göstərməyə çalışır.
Əslində isə istər Pskov polku, istər Ermənistanda dislokasiyada olan 7-ci ordu birliyi, istərsə də könüllülərlə birgə Kazak polku Qarabağın işğalında sonadək iştirak edib.
Öz gözümlə gördüyüm və inandığım şahid döyüşçülərin dediklərini sizlərə xatırladıram və hadisələrin iştirakçıları deyilənləri təsdiq edə bilərlər. Sadəcə bir-neçə faktı sadalayacağam. Birinci fakt kimi deyə bilərəm ki, 1992-ci ilin noyabr-dekabr aylarında Rusiyaya məxsus vertalyotlar sərasər 1 ay ərzində İrəvan -Xankəndi arasında hərbi yük daşımaları etdilər. Hər gün azından 3-4 bəzən 6-7 reys edirdilər. Yüklü gəlib boş qayıdardılar. Həmin yüklər Mi-8 vertalyotları ilə daşınırdı və digər Mİ-28, Mİ-24 vertolyotları bu yükləri müşaiyyət edirdilər. Bu vertalyotlardan birini Xatınbəyli üzərində şəxsən mənim tərəfimdən vurulandan sonra reyslər dayandırıldı və vurulmuş vertolyot Xramort dağının üstünə düşdüyü məlumdur. O vaxtlar rusların və ermənilərin informasiya maşını 366-cı polkun əmlakını daşımaq adıyla saxta bir informasiyanı efirə buraxmışdı. Amma bu əslində 7-ci ordunu Xocalının işğalı üçün əraziyə daşınmasıydı və bu faciədə 366-cı polk tək deyildi. Rusiya özü iştirak edirdi. Şahidlərdən soruşun. Bu fakt bu günədək gizlədilir.
İkincisi, ermənilər Ağdərənin azərbaycanlı kəndlərinə 3 cinahdan hücuma keçdilər. Ön dəstələrdən biri tam heyətlə birgə Güneypəyə müdafiə batalyonunun qəhrəman döyüşçüləri tərəfindən tam məhv edilmişdi. Öldürülmüş hərbçilərin üzərindən çıxan sənədlərdə Əlahiddə Dağ motoatıcı xüsusi təyinatlılarının (Горный мотострелковый спецназ) hücuma cəlb edilmiş rotasının 28 nəfəri məhv edilmişdi. Bu 28 nəfərdən cəmi 2 nəfəri erməni, qalanları isə rus hərbçiləri olub. Onlara məxsus sənədlər Ağdamdakı qərargahda D. Rzayevə verilib. Mövqelərdən vurulub çıxarılan erməni-rus hərbi birləşmələrinə əlavə qüvvələri vertalyotla Qaramalıq deyən əraziyə boşaldıblar və gələn hərbçilərin hamısının ruslardan ibarət olmasını hər kəs təsdiqləyə bilər.
Üçüncüsü, 1994-cü il Ağdərə «Qan çanağı» adlanan 3 nömrəli sovxoz istiqamətində hücum edən çox saylı tankların ekipajları rus hərbçilərdən ibarət olmasını o döyüşlərdən sağ çıxan hər kəs söyləyirdi.
Yüzlərlə fakt Rusiyanın bu müharibədə tərəf olmasını sbut edir. Lakin hələ də 5-ci kolon «cocuqları» Rusiyanın torpaq qaytarma nağılına inanmaqdadır.
Faktı rus «soldatlarının» oxuduğu bu əsgər mahnıları da sbut edir. Belə mahnılar bircə döyüşdə meydana gəlmədiyini savaşçılar yaxşı bilirlər. Mən burada xidmətdə olmuş daxili qoşunların «DON-100» əsgərlərinin mahnılarını salmıram. Dinləyin və düşmənlərinizi tanıyın!
Xaqani Ədəboğlu
P.S. Ermənilər bu terrorçuları «könüllü xaç müdafiəçiləri» adlandıran film də yayınlayıblar…