Veteranlar hərbi hissələrdəki əsgərlərimizə baş çəkdilər
AVMVİB rəhbrliyi və rayon şöbələrinin rəhbərliyi Novruz bayramının gəlişi münasibətiylə hərbi hissələrdə xidmət edən əsgər və zabitlərimizin bayramını təbrik etmək məqsədiylə həri hissələrdə olublar.
AVMVİB sədrinin I müavini Kamil Şirinov və AVMVİB şöbə müdiri Rasim Süleymanov «N» saylı hərbi hissədə əsgərlərimizlə görüşüblər. Onlatrın bayramlarını təbrik edib və torpaqlarımızın azad olması üçün daim hazır olmalarını qeyd ediblər.
Yüksək döyüş əhval-ruhiyəli əsgərlərimizin xidmət şəraiti və onların təhcizatı veteranların ürəyincə olub.
Bizimlə söhbətdə AVMVİB sədrinin I müavini Kamil Şirinov bildirdi ki, Azərbaycan ordusuyla fəxr etməyə dəyər. O, bir daha bütün hərbçilərimizin Novruz bayramını təşkilat adından təbrik etdi və Azərbaycan əsgərinə qələbə sevincləri arzuladı.
Müəllif: N. Məmmədli
Xəbərə aid digər fotolar