Ermənistan hökumətindən sərt koronavirus qadağaları

Ermənistanda koronavirusa yoluxanların sayının artması ilə əlaqədar olaraq, Paşinyan hökuməti yeni sərt qadağalar tətbiq etmək məcburiyyətində qalıb.
Qanuna görə bu gündən etibarən maskasız və əlcəksiz hərəkət edən şəxslər 100 min dram ( təxminən 200 $) cərimə olunacaqlar.
Parlamentin bu günkü sessiyasında isə erməni deputatların bəziləri bilərəkdən bu qadağaya riayət etmirlər.
Bu deputatlar şəkildə qırmızı dairəyə alınıblar.
Maraqlıdır, görəsən, Nikol höküməti bu deputatlara qarşı cəza tədbiri görəcək ya yox?
İsmayıl Tanrıverdi
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: