E. Əzizov: «Əhalinin sayı ilə müqayisədə yoluxma sayı qənaətbəxşdir»
«Bu gün Bakıda ərzaq qıtlığı yoxdur. Bu da aparılan qabaqcıl tədbirlərin nəticəsidir».
Veteran.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan əhalisinin sayı ilə müqayisədə yoluxma sayı qənaətbəxşdir:
«Bakıda dezinfeksiya işləri xəstəlik aşkar olunmazdan qabaq həyata keçirilir. Bakıda icra hakimiyyətinin balansında 11 700 bina var. Küçələr xüsusi maddələrlə yuyulur. Texnika və xüsusi maddələr baxımından çatışmazlıq yoxdur».