22.11.2024

ABŞ-ın ATƏT-dəki səfiri Rusiyanı tarixi saxtalaşdırmamağa çağırıb

Amerikalı diplomat Rusiyanı tarixin qəsdən təhrifinə yol verməklə özünü öyməyi dayandırmağa çağırıb.

ABŞ-ın Avropadakı Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) səfiri Ceyms Gilmore, çərşənbə axşamı Moskvanı İkinci Dünya Müharibəsi tarixinin saxtalaşdırılmasına son qoymağa çağırdı. Gilmore bunu ATƏT Daimi Şurasının virtual iclası zamanı Avropada nasistlər üzərində qələbənin qeyd olunması ərəfəsində bəyan etdi.

Gilmore vurğuladı ki, «Sovet İttifaqının hərbi və mülki əhalisi faşistləri məğlub etmək üçün çox böyük fədakarlıqlar etmiş və itkilər vermişdir. Biz bu qurbanları ehtiramla və hörmətlə anırıq.

Həm də unutmayaq ki, İkinci Dünya Müharibəsi 1939-cu ildə, Stalinin və Hitlerin Şərqi Avropanı Sovet İttifaqı və Nasistlərin nəzarətində olan bölgələrə ayıran bir pakt bağlaması ilə başladı. Əminəm ki, bu gün polyak dostlarımız bu həqiqəti bir saniyə də unutmayıblar.”

Diplomat görüş iştirakçılarına xatırlatdı ki, 1945-ci ildə bir çox Avropa ölkəsinin azadlıq əldə etmədiyini və Sovet İttifaqının az qala 50 illik istilası altına düşdüyünü xatırlatdı. Beləliklə, əsl qurtuluş yolu uzun oldu və bəzi hallarda keçmiş sosialist düşərgəsi ölkələri «hələ də bu yolu davam etdirirlər».

“Biz Rusiyanı tarixin qəsdən təhrifinə əsaslanan təriflə məşğul olmağı dayandırmağa çağırırıq. Rusiyanın yol verdiyi tarixin saxtalaşdırılmasına qarşı Avropa tərəfdaşlarımızla həmrəyik» -dedi.

Ceyms Gilmorun çıxışının tam mətni ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin saytında dərc edilib.

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: