27.12.2024

Ermənistandakı misli görünməmiş bank soyğunun sirri — VİDEO

1977-ci ilin avqust ayı. Yerevan, bazar ertəsi, sübh tezdən.

Ermənistan SSR Dövlət bankının əməkdaşı hər bir bankın ən müqəddəs yeri hesab olunan və ən qiymətli şeylərin saxlandığı anbarın qapısını açıb içəri daxil olur, lakin bu zaman dəhşətli mənzərə ilə qarşılaşır. İçəridə qarmaqarışıqlıq hökm sürürdü, anbarın tavanında isə böyük bir deşik var idi. Bankdan xeyli məbləğdə pulun oğurlandığı yalnız bir neçə saatdan sonra məlum olacaq. Məbləğ həqiqətən də çox böyük idi. Bu, əsrin oğurluğu, keçmiş Sovet İttifaqında misli görünməmiş bir cinayət idi. Sovet tarixində buna qədər və bundan sonra hələ bənzər bir hadisə baş verməmişdi.

Axı kim Sovet İttifaqında belə bir addım atmağa cəhd edə və bunu necə həyata keçirə bilərdi? Müstəntiqlərin çox sürətlə işi çözməyə çalışmasına baxmayaraq, istintaqdan sonra ortaya çıxan sualların sayı daha da artdı.

Biz Sovet milyonlarının arxasında əslində kimin durduğu və xarici kəşfiyyat orqanlarının bu işlə əlaqəsi sualına cavab verəcəyik.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: