“Azərbaycanın qələbəsinə hazır olmalıyıq” – Lavrovun şok planı
“Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin tənzimlənməsi və Ermənistandakı erməni-rus problemləri ilə bağlı açıqlamalarından sonra baş nazirlə «böyük sahib» (Kreml) arasındakı toqquşmalar və daxili siyasi qarşıdurmalar kəskinləşməyə başladı. Ermənistanın siyasi həyatındakı bu gözlənilməz gərginlik Lavrovun açıqlamaları ilə üst-üstə düşür”.
Teleqraf.com xəbər verir ki, bu sözləri erməni siyasi analitik Akop Badalyan deyib.
Badalyan qeyd edib ki, əslində rusiyalı nazirin açıqlamaları Ermənistanda daxili siyasi gərginlik və ya qarşıdurmanı daha da artırdı:
“Lavrovun bu açıqlamaların əsas hədəfinin bu olduğunu demək çətindir, amma daxildə siyasi gərginliyin bundan sonra artması da göz önündədir.
Eyni zamanda, Rusiyanın bu təzyiqlərinə qarşı Ermənistanın “immunitet sistemi”nin işləyib-işləməməsi ilə bağlı sual ortaya çıxa bilər ki, bu da kəskinləşmədə özünü göstərir. Baş verənlərdən bu qənatə gələmk olar ki, Ermənistanın institusional bir immunitet sisteminə ehtiyacı var. Amma Ermənistanın immun müdafiəsinin institusional səviyyəsinə nə vaxt keçəcəyi hələ məlum deyil.
Kəskinləşmə ilə Lavrovun ifadələri arasındakı əlaqəyə gəlincə, pandemiyanı da nəzərə alsaq, Ermənistan həm ənənəvi, həm də yeni problemlərlə üzləşir. Rusiya bu mənada “universal” təhdid mənbəyidir və burada Lavrov amili əlbəttə, diqqət çəkir.
Bütün problem ondadır ki, hakimiyyət məsələsində Rusiya özü də güclü daxili və xarici təzyiq altında qalmaqdadır. Böyük ehtimalla Lavrovun bu açıqlaması, bu nöqteyi-nəzərdən Rusiyanın Ermənistanı itirə biləcəyi narahatlığından irəli gəlir. Onun bu narahatlığı istər pandemiyanın, istərsə də Ermənistanın yeni hakimiyyətinin yaratdığı narahtlıqlara əsaslanır. Dünyada yeni geosiyasi mənzərənin yaranması Moskvada təkcə Ermənistanla bağlı yox, ümumən Qafqazla bağlı ciddi təşvişlərə səbəb olur”.
Badalyan Rusiyanın Ermənistanın əlindən çıxması ilə razılaşmaq istəmədiyini bildirib:
“Rusiya Ermənistanın taleyini mərcə qoyub. Bəs, Rusiya bundan qazanclı çıxa biləcəkmi? Bu oyunlara davam edəcəksə, o zaman “böyük və güclü rus”un boynunu bükməyə yaxın olan türkün (Azərbaycan) qələbəsinə hazır olmalıdır”./Teleqraf.com/