22.11.2024

YUBİLEY TƏNTƏNƏSİ 50 YAŞIN MÜBARƏK

Bismillahir –Rəhmanir –Rəhim!

Oxucular bilir ki, mən hər il Hacı Həsənin doğum günlərini qeyd edən yazılar dərc etdirirəm. Beş ildir ki, onun həmin ad günləri hicri təqviminin 3 mübarək aylarına (rəcəb, şəban və ramazan) təsadüf edir. 46, 47, 48, 49 və nəhayət 50.


2020-ci il, aprel ayının 25-i hicri qəməri təqvimi ilə 1441-ci il Ramazan ayının 1-ci gününə təsadüf edir. Bu gün Hacı Həsənin 50 yaşı tamam olur.
Onun doğum günləri, kitablarının təqdimatları və keçirdiyi tədbirlər barəsində yazdığım məqalələrin hamısını toplayıb ayrıca kitab halında 50 illik yubileyi münasibətilə ona xatirə olaraq təqdim etmək fikrində olduğumdan diqqəti bu işə yönəltdim. Təəssüf ki, ölkədə karantin vəziyyəti olduğundan yığılmış materialı arzu olunan vəziyyətdə təqdim etmək imkan xaricindədir. Aprel ayının 17-də kiçik bir məqalə paylaşmaqla mən oxucularımızla onun müharibədə ağır zədə alaraq ölümdən qayıtmasının 27-ci ildönümü və əslində dünyaya ikinci gəlişi, ikinci doğum gününün də məhz aprelə təsadüf etməsini qeyd etmişdim. Odur ki, bu yubiley münasibətilə əziz dostumuz, islamşünas, tədqiqatçı-publisist, I dərəcəli Qarabağ müharibəsi əlili Hacı Həsən Hüseynini 50 yaşının tamam olması münasibətilə səmimi təbrik edir, ona möhkəm can sağlığı arzu edirəm.
1970-ci ilin aprel ayının 25-də Sobu kəndinin hörmətli kişilərindən olan Xalıqverdi kişinin ailəsində daha bir oğlan uşağı dünyaya göz açdı. Ata babası Haqverdi kişi onun adını imamların şərəfinə Həsən qoydu. Anası Xavər xanım dili laylalı-dualı, ismət və mərhəmət mücəssəməsi bir xanım idi. Türk mənşəli əhsən, afərin sözlərinin sinonimi olan Həsən adı hazırda Sobu kəndinin də, Zəngilan rayon dini cəmiyyətinin və Xətai rayon dindarlarının da fəxr yeri oldu.

На изображении может находиться: 1 человек, борода и часть тела крупным планом

Bir müddət kənddə qaldıqdan sonra atasının məsləhəti ilə şəhərə qayıdır. Bakıda Poladəritmə Zavodunda işə düzəlir. Bir müddət bu zavoda çalışdıqdan sonra öz ərizəsi ilə zavoddakı işdən kənarlaşır, sonra H.Z.Tağıyev adına Tikiş Kombinatına işə düzəlir. Yay imtahan kampaniyasına qədər çalışmaq fikrində idi ki, ali təhsil almaq arzusunu reallaşdırsın. Yenidən özünü sınamaq fikrində idi. Atası da bunu çox arzu edirdi. O vaxta qədər Sovet İmperiyası çokdü və hər şey qarışdı. Bu fabrikdə çalışdığı dövrdə artıq Zəngilanda da vəziyyət qarşmışdı. Vətənin başının üstünü qara bulud almış, azğın qonşular artıq tamahlarını gizlətmirdilər.


1992-ci ildən Həsənin taleyini Tanrısı tam əks istiqamətə döndərdi. Həsən ölkəsinin yaşadığı taleyi, onun problemlərini yaşamağa başladı. İndi o günləri xatırlayanda Həsən təbəssümlə «Allah böyükdür!» deyir. Müharibə hamının sevmədiyi mövzudur. O acıları xatirələrdə belə yenidən yaşamaq istəmir insan…


Xətai rayonu Hərbi Eomissarlığında könüllü cəbhəyə yazıldı Həsən. İdarənin göstərişi ilə əvvəlcə Biləcəriyə, oradan isə Qobu poliqonuna hərbi təlim üçün göndərilir. Burada bir müddət təlim keçdikdən sonra Qubadlı-Zəngilan korpusunda Qubadlı rayonu ərazisinə göndərilir. Daha sonra doğma Zəngilana gedir.


1993-cü il aprel ayının17-də Ermənistanın əlində olan Berr dağı ətəyində ağır güllə yarası aldı.


Reabilitasiyadan sonra Həsənin taleyinin yeni mərhələsi başlandı. Bu dövrü sınaq və inam adlandırmaq olar. Mənəvi gücün nəyə qadir olduğunu bilmək üçün Həsənin taleyinin bu səhifəsini daha diqqətlə oxumaq lazımdır. İnsan beynini Allah-təala özünü müdafiə gücünə malik yaradıb. Ən ağır günlərində Həsən Allahına sığındı. Düşündü ki, bu bir sınaqdır. Allah onu bu imtahan üçün seçibsə bunun bir səbəbi olmalıdır. Həsən tavana baxa-baxa yalnız bunu düşünürdü…


Məşəqqətli və uzun keçən səkkiz il. Amma nəticəsiz keçmədi:

Ağlaya-ağlaya gəlib dünyaya,
Biz ana südüylə gülməmişikmi?
Hər axşam sapsarı batan günəşi,
Hər səhər təzədən görməmişikmi?

Bu dəfə Həsən dünyaya yenidən, amma tamam başqa cür gəldi. Bu onun ikinci ömrü idi. Bu sınaqdan alnıaçıq çıxdı. Həyata yenidən sarıldı. Hərdən mənə elə gəlir ki, Hacı Həsən ikinci ömrünü birincidən daha çox sevdi. Çünki, həyat birinci dəfə bizə veriləndə şüursuz olaraq dünyaya gətirilirik. Amma, ikinci ömrü insan şüurlu olaraq qəbul edir. Amma, onun hər iki ömründə dəyişməyən bir şey yalnız şeirə və sənətə böyük sevgidir. Görünür ki, imanlı bir dindar, mükəmməl bir tədqiqatçı, müdrik bir insan kimi yetişməsi üçün onun yenidən dünyaya gəlməsi lazım imiş. Yenidən dünyaya gəlmənin əvvəli ölümdür. Bütün bunlardan bir ömrün içində keçmək və onları yaşaya bilmək, dolaylarda sınmamaq lazımdır. Çox insan bu sınağa dözmədi. Ya canını, ya ağlını itirdi. Həsən isə əksinə, yeni bir imic qazandı və həyatına bir şərəf qatdı. Doğrudur, o, I qr Qarabağ Müharibəsi əlili kimi fiziki sağlamlığını itirdi. Bu özü də Həsən üçün fəxr yeridir. Çünki, Vətən üçün qurban verilir. Həsən də sağlamlığını, gəncliyini qurban verdi. Allah da buna görə onu mükafatlandırdı…


Allaha böyük inamı və onun qüdrəti ilə Həsən həkimlərin «heç vaxt yeriməyəcək» diaqnozunu darmadağın etdi və tədricən ayağa qalxdı…
YARADICILIĞI: Hacı Həsən Hüseyninin oxucuları ilə ilk görüşü «Parlaq ulduz»(2003) kitabıdır. «Xuda Hüseynin aşiqi»(2007), «Ya Əli»(2007), «Gizli qalmış xəzinə»(2008) əsərlərindən sonra iki böyük kitabı «Həzrət Əli müxtəlif baxışlarda» (2011), və «Sığın Haqq dərgahına» (2013) işıq üzü gördü.


Bir qədər sonra 2014-cü ilin sonu 2015-ci ilin əvvəllərində «Bismilləh ayəsinin incə görüntüləri və «bə» hərfinin altında olan nöqtənin sirri» adlı kitabı çapdan çıxdı. 2016-cı ilin əvvəllərində Hacı Həsən yeni bir kitab nəşrə təqdim edib. Əsər «Aşiqlərin Haqqa qovuşma məqamı» adlanır. Daha sonra «Həzrəti Ruqəyya(s.ə)»-2018, «Ya Zəhra(s.ə) nəzərin ayırma bizdən»-2018, «İmam Rza müxtəlif baxışlarda»-2019, «Nəsimidən nəsimər»-2020, «Müqəddəs Zilhiccə bayramları» -2020 əsərləri çapdan çıxmışdır. Onu da deyim ki, bu arada «Bismilləh ayəsinin incə görüntüləri və «bə» hərfinin altında olan nöqtənin sirri» məqalələr toplusunun II cildi də oxucuların ixtiyarına təqdim edilmişdir. Əvvəlcədən oxuculara müjdə vermək istəyirəm: Artıq Hacı Həsənin ən sevimli qəhrəmanı Ş.İ.Xətai barədə nəzərdə tutduğu o möhtəşəm kitab artıq hazırdı. Yaxın zamanlarda geniş oxucu gütləsinə təqdim ediləcəkdir.


Bu əsərlərin bədii tutumu barədə çox şey demək olar. Onların hamısının çox böyük dini və elmi dəyəri var. Belə əsərlər bizim üçün kulturoloji baxımdan olduqca qiymətlidir və bəlkə də respublikada bu bir ilkdir. Çünki, dini əsərlərin nəşri və təbliği dövlət tərəfindən maliyələşdirilmir. Onlar öz bədii yüksək keyfiyyətləri ilə özünə oxucu qazanmalıdır. Bu baxımdan Hacı Həsəni fədai hesab etmək olar. Əvvəla, başqa dövlətlərdə olduğu kimi bizdə dini kitabxanalar, yaxud, məscid ədəbiyyatı mövcud deyil. Cəmiyyət tərəfindən belə bir sifariş də yoxdur. Lakin, dinin elmi bir izahı vardır. Onunla kimsə məşğul olmalıdır. Bu isə maliyə tələb edir. Hacı Həsən isə öz zəhmətilə qazandığı pulu tamamilə bu məqsədə xərcləyir. Bir din xadimi üçün bu qədər məsuliyyət ölçüyəgəlməzdir.

На изображении может находиться: 1 человек


İslam qanunlarına mənsub olan Hicri-qəməri təqvimi 354 gündən ibarətdir. Bu təqvimə ay təqvimi deyilir. Bu təqvimdə üç bərəkətli ay var: Rəcəb, Şəban və Ramazan. Rəcəb İmamət ayı, Şəban Nübuvvət ayı, Ramazan isə Allah ayıdır. Uca Allah bəndələrini Ramazan ayında öz süfrəsinə mənəvi nemətlərdən dadızdırmaq üçün Rəcəb və Şəban ayını hazırlıq ayı qərar verib. Belə ki, hər kəs Rəcəb və ya Şəban ayında ən azı üç gün oruc tutsa Allah-təala ona vacib olan orucun səvabı qədər savab verər. Rəcəb ayı bu təqvimin ilk bərəkətli ayıdır. Eyni zamanda 4 haram aydan biridir. Rəcəb ayı hicri-qəməri təqviminin yeddinci ay ıdır. Rəcəb ayının 13-ü Kəbənin övladı, elm qapısı, mömünlərin əmiri Həzrəti Əlinin(ə) mübarək mövlud günüdür. Hər il Hacı Həsən Həzrət Əlinin(ə) mövludunu qeyd edir. 2017-ci il bir az fərqli oldu. Səhhətində yaranan problemlə bağlı bu mövludu qeyd edə bilmədi. Qəlbən çox narahat oldu. Mövluddan 14 gün sonra Rəcəb ayının 27-si bəşəriyyətin günəşi hesab olunan əziz İslam Peyğəmbərinin(s) «Məbəs» günü idi. Həmin il «Məbəs» bayramı aprel ayının 25-nə – yəni Hacı Həsənin ad gününə təsadüf etmişdir.


17 ildir ki, (2003-2020) Hacı Həsənin Allah və iman yolunda xidmətlərinin mənəvi mükafatı olaraq bu günlərin üst-üstə düşməsi görünür ki, təsadüf deyilmiş. Çünki, həmin gün Qurani-Kərimin ilk ayələrinin(«Ələq»-«Qan laxtası» 1-5) nazil olduğu gün və İslam dinin bəşəriyyətin xilası üçün elan olunduğu gündür. Məhz bu gün İslam Peyğəmbəri Həzrəti Muhəmməd(s) peyğəmbərliyə seçilmişdir. Hacının 47 yaşının tamamında 47 rəqəminin üst-üstə düşməsi bir dəlili nişan verməkdədir. Nə dəlildir bu?!


Mən tanıdığım Hacı Həsən ismət və iffət mücəssəməsidir. Bu ismət və iffət Hacı Həsənin 14 məsuma olan böyük inamının və etiqadının bəhrəsidir.
Bir gün Hacı ilə söhbət etdiyim zaman onun çox şad olduğunu müşahidə etdim və soruşdum ki, «sevincəkliyinin səbəbi nədir, xeyirdirmi?» — dedi: bəli, internetdə «İmamların haqq olmasının əhli-sünnə alimi tərəfindən Qurani-Kərimlə isbatı» məqaləsi sevincimin səbəbidir.


Hacı Həsən bu il Peyğəmbərin(s) «Məbəs» bayramını öz evində, məhz aprel ayının 25-də – yəni Rəcəb ayının 27-sində öz ad günü əvəzinə qeyd etdi. Jurnalist kimi mən də dəvət olunmuşdum. Məclis ancaq 14 məsumun barəsində xoş sözlər və kəlamlarla qeyd olundu. Sonda Peyğəmbərin(s) və məsumların şərəfinə ehsan süfrəsi verildi.


Hacının populyarlığının başqa sirri də var. Onun dili sehirlidir. Bu səbəbdən onu tanıyır və sevirlər. Bir məclisdə danışmağa başlayan kimi bütün ətrafın və məclisi idarə edən adamın susmasını görmüşəm. Sonralar tez-tez bu mənzərəninin şahidi oldum və bunu başqalarından da eşidirdim.
Hiss edirəm ki, insanlar onun nitqini dinləməyi sevir, sakitcə dinləyir, ondan bir şey öyrənməyi qənimət bilirlər. Bunun da öz gözəlliyi var. Doğrudur, insanlar çox zaman onunla mərasimlərdə rastlaşırlar. Buna baxmayaraq onu tanıyanlar hətta, nə olur olsun Hacı Həsəni dinləməyi arzulayır. Onunla bir arada olmaq fürsətini əldən verməməyə çalışırlar. Peyğəmbərimiz(s) buyurub ki, «Xoş söz sədəqədir». Hacı Həsən də bunu bilir. Bir din adamı olaraq hər zaman onu dinləyəni bu sədəqədən məhrum qoymur.

На изображении может находиться: 1 человек, сидит и в помещении


Xatırlatmaq istəyirəm ki, Hacı Həsən Vətən qazisidir, I qrup əlildir. Daim müharibənin ona vurduğu yaraları ilə mübarizə aparmaq məcburiyyətindədir. Bu müharibə Hacıdan çox şey aldı. Amma, Hacı bunlara sinə gərdi, məğlub olmadı, ruhdan düşmədi. Hətta, ən acı günlərində, illərlə yataq xəstəsi olduğu zamanlarda belə, Allahından ümidini üzmədi. Mərhum şairimiz Zəlimxan Yaqubun bu misraları ona güc verdi:

Məni ömrün yolunda çox ölümlər haqladı,
Nə əqidəm sarsıldı, nə inamım laxladı.
Çətin gündə qollarım torpağı qucaqladı,
Mən əkinci talei, xış ömrü yaşamışam.

Bu gün Hacı Həsən Hüseyninin bir insan, bir dindar, hətta, bir müharibə iştirakçısı kimi qələbələri ilə öyünməyə haqqı var. Müharibə, problemlər, onun əzmini qıra bilmədi. Əksinə o, getdikcə mətinləşdi. İnad və əzmlə daim irəlilədi. Allah onun zəhmətini qiymətləndirdi. Hacı Həsən çox nüfuzlu ziyalı, həmçinin gözəl yazar və din xadimidir. Onun qələmindən olduqca dəyərli tədqiqat əsərləri çıxıb.


Keçən il Həsən Hüseyni «Nəsimi ili» çərçivəsində ürəyindəki «Əli Həqq ilədir və Həqq də Əli ilədir» sözünü oxucusuna çatdıra bildi.

Həsəni tanıyanlar bilirlər ki, onun Zəngilan nisgili var. Ağrılı acılı illər arxada qalsa da yaraların izləri hələ də üzdədir. Çox arzu edirəm ki, Allah – təala onu barı bu nisgillə sınamasın. Heç olmasa indi bu torpaqların azad olunmaq şansı müsbət nəticə versin. Həsən qazidir, Vətən nisgillidir. Bəlkə də bunlar olmasaydı Hacı Həsənin taleyi tamam bir başqa cür olardı. Əgər Allah onu bu imtahan üçün hazırlayıbsa Həsən o imtahandan üzüağ çıxıb. İndi sevinmək və mükafat vaxtıdır.


Hacı Həsənin yaşının yetkin vaxtıdır. Artıq o, özünü həqiqətən bir ilahiyyatçı, din və Allah adamı, gözəl filoloq-tədqiqatçı kimi təsdiq edib. İndi o özü başqalarına həm istiqamət verir, həm nümunədir.
Hacı Həsən, sənə dünyada hər şeydən əvvəl Allahın şirin neməti olan can sağlığı, işlərində böyük uğurlar diləyirəm. Arzu edirəm ki, əmin-amanlıq və firavanlıq olsun, sən də yazıb yaradasan. Sənin kimiləri yüz ildə bir doğulur. Səni qorumaq bizim borcumuzdur. Allah imkan versin, biz də xidmətimizdə qüsur etməyək. Sevdiklərinin, doğmalarının əhatəsində şan-şöhrət və məhəbbətlə qocalasan.

Müəllif: Müstəqil yazar Dilbər Ağayeva

На изображении может находиться: Azad Musayev, стоит и на улице

P.S. AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri adından Hacı Həsən qardaşımızı 50 illik yubileyi münasibəti ilə təbrik edir, işlərində uğurlar arzulayıram.


 Azad Musayev

AVMVİB Zəngilan rayon şöbəsinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: