AVMVİB Xəzər rayon şöbəsində veteranlara yardım edilib
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin
Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev və «Sədərək Ticarət Mərkəzi»nin direktoru Rasim Qasımbəylinin təşəbbüsü ilə Xəzər rayonunun aztəminatlı veteran ailələrinə və Qarabağ müharibə əlillərinə yardım paylanıb.
Azərbaycan xalqının ağır günündə xalqın yanında olmaq hər bir vətəndaşın borcudur. Xüsusən də Vətən uğrunda döyüşlərdə iştirak etmiş, sağlamlığını itirmiş şəxslərin qulluğunda durmaq vacibdir.
Yardımlarımız davam edəcək.
AVMVİB Xəzər rayon şöbəsi olaraq, hər zaman vətənimizə və xalqımıza təmənnasız xidmət etməyə hazırıq.
Nərmin Cəlil