21.11.2024

Şəhid Ailələrinə «Qayğı» cəmiyyəti Prezidentə müraciət etdi

Şəhid Ailələrinə «Qayğı» cəmiyyətinin sədri Müşfiq Əliyev koronovirusa qarşı mübarizədə Prezident İlham Əliyevin təşəbbüslərini alqışladıqlarını və bu mübarizədə dövlət qurumlarına dəstək verməyə hazır olduqlarını bildirib: «Ölkə başçısının koronavirusa qarşı mübarizə məqsədi ilə atdığı bütün addımları dəstəkləyir, bunu vətəndaşlarımızın təhlükəsizliyinin təmini baxımından yüksək qiymətləndiririk. Biz prezidentimizə inanır və bu mübarizədə onun verəcəyi hər bir əmrə hazırıq.

Bildiririk ki, dövlətimiz üçün indiki çətin məqamda hər birimiz ölkə Başçısının çağırışına qoşulmalı, koronavirusa qarşı aparılan mübarizədə vətəndaşlıq nümunəsi ortaya qoymalı, verilən hər bir qərara ciddi əməl etməliyik.

Unutmamalıyıq ki, dövlətimiz və onun rəhbəri daim xalqın yanındadır, bu yöndə atdığı hər bir addım vətəndaşlarımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi üçündür. Belə bir mübarizədə mövcud qaydalara ciddi əməl etməklə və verilən göstərişləri yerinə yetirməklə bu çətinlikləri, məhz cənab İlham Əliyevin rəhbərliyi altında dəf edəcəyik!

Müşfiq Əliyev
Şəhid Ailələrinə «Qayğı» cəmiyyətinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: