21.11.2024

“İnsanlara koronavirusla bağlı yalan vədlər verməyin” — ÜST Baş direktoru

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son günlərdə koronavirus pandemiyasının sürətlənməsi ilə əlaqədar olaraq dünya ölkələrinə, xüsusən də G20 ölkələrinə çağırış edib.

 “Ölkə.Az” reuters-ə istinadən xəbər verir ki, ÜTS baş direktoru Tedros Adhanom Ghebreyesus  bildirib ki, dünyada koronavirus pandemiyasına yoluxanların sayı  300 mini ötüb və   pandemiya sürətlənir.

Onun sözlərinə görə,  pandemiyaya ancaq sosial izolyasiya   yolu ilə qələbə çalmaq olar. 

Bununla belə ÜST rəhbəri tibb işçilərinə çağırış edərək bəyan edib ki, xəstələrə koronavirusla müalicədə sınaqdan çıxmamış və yoxlanılmamış  dərmanlar veməməyi, həmçinin yalan vədlər verməməyi tövsiyyə edib.

ÜST baş direktoru  G20 dövlət başçılarına  koronavirus pandemiyasından qorunmaq üçün  müdafiə ləvazimatlarının istehsalının daha da artırması barədə müraciət etmək niyyətində olduğunu açıqlayıb.

 Qeyd edək ki, son məlumatlara görə, dünyada  354,5 min şəxs koronavirusa yoluxub və onların 15,4 min nəfərdən çoxu ölüb. Hazırda dünyanın 167 ölkəsində bu virusa yoluxma halı qeydə alınıb./Ölkə.az/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: