21.11.2024

Bəzi dövlət qurumları bayramda adi iş rejimində çalışacaq — SİYAHI

Koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq.

Bu barədə “Report”a Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.

  • Qeyd olunub ki, siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyətı olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcək.
  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
  • Azərbaycan Respubikasının Nazirlər Kabineti
  • Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
  • Azərbaycan Respublikasının Baş Prokurorluğu
  • Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
  • Azərbaycan Respublikasının Xarici Kəşfiyyat XidmətiAzərbaycan Respublikasının Müdafiə Nazirliyi
  • Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
  • Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
  • Azərbaycan Respublikasının Ədliyə Nazirliyi
  • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
  • Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
  • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
  • Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
  • Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
  • Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
  • “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
  • “Azəriqaz” İstehsalat Birliyi
  • “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 
  • SOCAR 
  • “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: