21.11.2024

Prezident “N” saylı hərbi hissəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dünən martın 4-də Müdafiə Nazirliyinin Ağstafada yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Veteran.az  xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış oldu.

Bildirdi ki, bu hərbi hissənin tikintisinə 2017-ci ilin noyabr ayında başlanıb və 2019-cu ilin sentyabrında inşaat işləri başa çatdırılıb. Ümumi sahəsi 10 hektar olan hərbi hissənin ərazisində bütün zəruri sosial infrastruktur yaradılıb. Hərbi hissənin idarə heyəti üçün burada qərargah binası — ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları var.

Hərbi hissədə Prezident, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə naziri, Baş qərargah rəisi və birlik komandirinin iştirakı ilə operativ müşavirə keçirildi.

Qeyd edək ki, yeni hərbi hissənin ərazisində yataqxana binaları, stomatoloq, fizioterapiya, funksional diaqnostika bölmələrinin olduğu tibb məntəqəsi var. Burada döyüş hazırlığı qabiliyyətini təkmilləşdirmək məqsədilə daxilində döyüş hazırlığı üçün təlim meydançaları olan qarovul şəhərciyi də inşa edilib. Ərazidə geniş abadlıq və yaşıllıq işləri görülüb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: