22.11.2024

Veteran.az saytının oxucu auditoriyası daha da artdı — STATİSTİKA

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəsmi oqranı olan www.veteran.az saytının xarici oxucu kütləsi ötən aya nisbətən 37% artıb.

Artıq bir ildən çoxdur ki, fəaliyyət göstərən www.veteran.az saytı yeni fəaliyyət göstərməsinə baxmayaraq müharibə veteranlarından savayı Azərbaycan xalqının geniş oxucu kütləsinin də rəğbətini qazana bilmişdir. Az bir müddət ərzində saytda həm müharibə veteranlarının vətənpərvərlik tərbiyəsi baxımından gənc nəsil üçün böyük əhəmiyyət daşıyan döyüş xatirlərinin işıqlandırılması, mənfur erməni cəlladlarının vəhşilikləri, Azərbaycan Respublikası torpaqlarının işğal günlərində zəbt olunan şəhər və rayonlarımız haqqında geniş yazıların dərc olunması və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın mübariz ruhlu hekayələri, o cümlədən şanlı hərb tariximizin qaranlıq tərəflərinin peşəkar şəkildə işıqlandırılması nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda yaşayan soydaşlarımız və onların övladlarının da böyük maraqla oxuduğu etibarlı bilik və məlumat mənbəyinə çevrilmişdir.

Hal-hazırda 15 gün müddətində Azərbaycan Respublikasından saytı ziyarət edənlərin sayı 42.200 nəfəri ötümşdür. Qlobal formada isə www.veteran.az saytına daxil olanların ölkələr üzrə ziyarət sayı isə aşağıdakı kimidir:

Rusiya Federasiyasından — 434 nəfər
ABŞ-dan — 324 nəfər
İtaliyadan — 192 nəfər
İsraildən — 141 nəfər
Niderlanddan — 112 nəfər
Türkiyədən — 82 nəfər
Ukraynadan — 55 nəfər
Almaniya, Danimarka, Gürcüstandan 30 nəfər və s.

Saytın xüsusilə Azərbaycandan kənarda yaşayan soydaşlarımız arasında populyarlşması məsələsinə münasibət bildirməsini xahiş etdiyimiz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri Xaqani Rzaquliyev bildirdi ki, ilk növbədə xəbərin keyfiyyəti və peşəkar şəkildə oxucuya çatdırılması bu məsələdə mühüm rol oynayır.

X.Rzaquliyev

«Mən həmişə demişəm, bayağı, qeyri-peşəkar formada oxucuya təqdim edilən istənilən növ informasiya məhsulu elə oxucuların özləri tərəfindən çıxdaş edilir. İnsanları artıq kiminsə şəxsi problemləri və məişət məsələləri maraqlandırmır. İndi güclü və intellektual gənc nəsil yetişib. Onların təhsil səviyyəsi, dünyagörüşü dəyişib. Xüsusilə Azərbaycandan kənarda yaşayan soydaşlarımızın övladları. Onlar Vətən haqqında, insanlarımız, onların problemləri, uğurları, tarixi və qəhrəmanları, özlərinin milli kimlikləri barədə informasiyaya ehtiyac duyurlar. Biz isə bu ehtiyacın müəyyən bir hissəsini öz gücümüzün imkan verdiyi qədər doldurmağa çalışırq».

Məhdud texniki avadanlıq və resurs çatışmazlığının olmasına baxmayaraq
www.veteran.az və www.fedai.az saytlarının Azərbaycanın onlayn media resursları arasında özünəməxsus yer tutduğunu da qeyd edən X. Rzaquliyev xüsusi olaraq vurğuladı ki, artıq Azərbaycandilli oxucularını bəsit başlıq və məzmunlu xəbəlrələ saytlara cəlb edib reytinq yığmaq mümkün deyil. Oxuculara bu gün peşəkar səviyyəli, əsil jurnalist yanaşması və araşdırmasının məhsulu olan xəbərləri və tərcümələri təqdim etmək lazımdır. Jurnalist publisistik üsluba xələl gətirmədən keyfiyyətli informasiya məhsulu hazırlamağı bacarmalıdır. Keyfiyyətli xəbərlərə isə oxucular həmişə «ac» olur.

Qeyd edək ki, www.veteran.az saytı Yandex Metrika, Liveinternet və yerli ilk-10 reytinqində son bir həftə ərzində müvafiq olaraq ilk yüzlüyə və ilk onluğa daxil olmuşdur.

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: