24.11.2024

Türkiyənin tələbi ilə keçirilən NATO-nun fövqəladə toplantısı başa çatdı

1 saat 10 dəqiqə davam edən tədbirdə çıxış edən NATO baş katibi Jens Stoltenberq Türkiyəyə dəstək verəcəklərini açıqlayıb.

“Müttəfiqlər Türkiyənin dünən gecə İdlibdə hücuma məruz qalması və itkilər verməsindən narahatdır. Biz bu hücumu qınayırıq. Hücumu Bəşər Əsəd gücləri həyata keçirib. Hücumun dayandırılmasını, beynəlxalq hüquqa əməl edilməsini və BMT-nin dəstəklədiyi sülh prosesinin davam etməsini istəyirik. 2018-ci ildə əldə edilmiş atəşkəsə əməl edilməlidir. Əməl edilməsə, humanitar böhran daha da pisləşəcək. Hazırda İdlibdə qalanlar üçün vəziyyət pisdir. NATO Türkiyənin yanındadır, Türkiyə bizim çox qiymətli müttəfiqimizdir”, — baş katib bildirib.

J.Stoltenberq NATO-nun qəbul etdiyi qərarı açıqlayıb.

“NATO-nun qərarına görə Türkiyəyə dəstəyi müxtəlif istiqamətlərdə olacaq. Bunlardan biri hava yolları ilə bağlıdır. Bu da Suriyadan gələn hava hücumlarının qarşısını alacaq. Bununla yanaşı, NATO cənub-şərq sərhədini qorumağa davam edəcək”, — o bildirib.

Qurumdan verilən açıqlamaya əsasən, baş katib Yens Stoltenberq NATO-nun Türkiyənin 4-cü maddə çərçivəsində tələbi ilə toplaşacağı barədə məlumat verib.

İclasda 29 ölkənin daimi nümayəndələri iştirak edəcək.

Vaşinqton anlaşmasının 4-cü maddəsi bir ölkənin ərazi bütövlüyünün siyasi təhlükə altında olması vəziyyətində həmin aktora quruma üzv ölkələri məsləhət iclasına çağırmaq hüququ verir.

***

Türkiyə ilə Rusiya nümayəndə heyətləri arasında Ankarada keçirilən görüş başa çatıb.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Görüşdə türk heyəti davamlı atəşkəsə ehtiyac olduğunu, gərginliyin azaldılması üçün rejimin Soçi razılaşmasına sadiq qalmasının vacibliyini diqqətə çatdırıb.

Rusiya tərəfi də eynən davamlı atəşkəsin labüd olduğunu qeyd edib və gərginliyin azaldılması üçün Soçi konsensusuna riayət ediməsinin lazım olduğunu vurğulayıb.

***

Rejim Soçi anlaşmasının tələblərini yerinə yetirməyə məcbur edilməlidir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Milyonlarla insanı sərhədimizə toplayan rejimin yaratdığı milli təhlükəsizlik probleminə bir də əsgərlərimizin qanının tökülməsi əlavə edildi. Şəhidlərimizin qanı qətiyyən yerdə qalmayacaq. Türk əsgərinə hücum edən rejimin hər üzvü məhv ediləcək. Bu kimi hücumlar bizi İdliblə bağlı qətiyyətli mövqeyimizdən geri addım atmağa vadar edə bilməz. Astana prosesinin tərəfləri və beynəlxalq ictimaiyyət öz vəzifələrini yerinə yetirməlidirlər”, — Ərdoğan bildirib.

***

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: