27.07.2024

Mübariz Mənsimova atılan iftiralara son qoyulmalıdır

AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu Türkiyənin belə addım atmaqla böyük yanlışa yol verdiyini bildirdi. Onlar FETÖ-çüləri yaxşı tanıyırlar. Bu bəsit KQB üslubuna bənzəyir. Mübariz Məsimov xalqı tərəfindən sevilən, vicdanlı iş adamıdır.

Bu şəxsə qarşı atılan bu addımı iyrənc niyyətli insanların iftirası olması hər kəsə məlumdur. Bu addım Türkiyənin dövlət imicinə bölgədə ciddi zərbə vurmaqdadır. Bu gün xalqımızın düşmənlərinə qarşı tutduğu mövqeyə görə hər bir veteranın M. Məsimovun yanında olduğuna inanıram!

Xatırladaq ki, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı biznesmen, “Palmali Holding”in sahibi Mübariz Mənsimovun barəsində cinayət işi qaldırılıb.

Veteran.az bildirir ki, onun Türkiyəni tərk etməsinə qadağa qoyulub.

Mənsimov FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham olunur.

Bu barədə Mənsimovun özü Facebook səhifəsindən bildirib. O, barəsində irəli sürülən ittihamları “yalan” adlandırır və bildirir ki, yüksək məhkəməyə müraciət edib. Hərçənd cinayət işinin və ittihamın təfərrüatları barədə məlumat verməyib.

M.Mənsimovun müraciətindən belə anlaşılır ki, ona qarşı ifadə verənlər arasında “Palmali” şirkətinin keçmiş əməkdaşları, o cümlədən Azərbaycan vətəndaşları da var.

Mənsimovun barəsində cinayət işinin qaldırılmasına onun müraciətinə əsasən bəzi Türkiyə KİV-ləri də yer veriblər.

https://youtu.be/7YHkTtDfXXM
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: