29.03.2024

Avropa Birliyi ermənilərin Şuşanın güllərindən hazırladığı kosmetik vasitəyə sertifikat verdi…

Ermənilərin Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarının  təbii məhsullarından – gül, çiçəyindən hazırladığı dəriyə qulluq üçün kosmetik məhsula Avropa Birliyinin laboratoriyası tərəfindən sertifikat verilib. Bu haqda Rusiya və Xankəndidəki erməni nəşrləri məlumat yayıb.“Avropa Birliyi üçün məhsul təhlükəsizliyi sertifikatı əldə etmək üçün Şuşa Texnologiya Universitetinin təbii texnologiyalar laboratoriyasında əldə edilən dəriyə qulluq məhsulları “Yerevan Texnologiya İnstitutu” Fondu tərəfindən təqdim edilib. Kosmetik məhsul Bratislavada (Slovakiya) «Eurofins Bellinovanann» laboratoriyasında bütün fiziki və kimyəvi müayinələrdən keçərək sertifikata layiq görülüb” –  28-ci ildir işğal altında qalan  Şuşa şəhərimizdə faktiki fəaliyyət göstərən “Şuşa  Texnologiya Universiteti”nin mətbuat xidmətindən bildirilib.

Xudafərin.eu: Bəs görəsən Azərbaycan ordusu üçün alınan bahalı silahlar və müasir hərbi texnika hansı məqsədlə alınıb saxlanılır? /xudafərin.eu /

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: