21.11.2024

Araşdırma: şəhid ailələrinə mənsub yalnız iki nəfər namizədliyini irəli sürüb

2019-cu ilin sonlarından başlayaraq Azərbaycanda müzakirələrə səbəb olan əsas mövzular sırasına bu il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləridir. Artıq yanvarın əvvəllərindən etibarən təbliğat-təşviqat prosesinə start verilib.

Namizədlər öz platformalarını açıqlamağa, seçiciləri ilə görüşürlər keçirməyə və media üzərində aktiv təbliğat işləri həyata keçirməyə başlayıblar.

Bu müddət ərzində seçki marafonuna qoşulan namizədlərlə bağlı müxtəlif araşdırmalar və sorğular həyata keçirilib. Bu tipli araşdırmalardan biri də namizədlərin neçəsinin şəhid ailəsinə mənsub olması ilə bağlıdır.

Araşdırma nəticəsində bəlli olub ki, şəhid ailələrinə mənsub yalnız iki nəfər namizədliyini irəli sürüb. Bunlardan biri “Daşaltı “əməliyyatında şəhid olmuş Cavanşir İbrahimovun oğlu Oruc İbrahimov, digəri isə 2016-cı il aprel döyüşlərində şəhid olan pilot, mayor Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadədir.

Məlum olduğu kimi, Pərişan Musazadənin namizədliyi müəyyən səbəblərdən qeydə alınmayıb və hazırda şəhid ailəsinə mənsub namizəd yalnız “Daşaltı” əməliyyatında şəhid olmuş Cavanşir İbrahimovun oğlu Oruc İbrahimovdur.

Qeyd edək ki, prosesin əvvəlindən 2 431 nəfər namizədliyini irəli sürüb. Bunlardan bəzilərinin müraciəti qeydə alınmadı, bir hissəsi isə seçki prosesinin müxtəlif mərhələlərində öz namizədliklərini geri götürdü.

Hazırda fevralın 9-da keçiriləcək parlament seçkilərinə qeydiyyata alınmış 1 374 namizəd mübarizə aparır və bunların arasında şəhid ailəsinə mənsub, onları anlayan, onların problemlərini işıqlandıra biləcək yalnız bir nəfər var. O da Nərimanov rayonu 19 saylı seçki dairəsindən namizədliyini irəli sürmüş Oruc İbrahimovdur.

Qeyd edək ki, Oruc İbrahimov 1986-ci ildə 22 iyul tarixində Bakıda anadan olub. Gənc, savadlı və böyük potensiala sahib biridir. Bakı Biznes Universitetinin «Maliyyə və kredit» fakültəsini bitirib. Bank sektorunda müxtəlif yüksək vəzifələrdə çalışıb.

Xatırladaq ki, Oruc İbrahimovun lider olduğu Nərimanov rayonu 19 saylı seçki dairəsində 35 məntəqə var. Hazırda bu dairə üzrə 44 588 seçici qeydiyyatdadır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: